Türkiyədə Ailə Şirkətləri və Güvən Problemi: Statistik Perspektiv - ÖZƏL

Türkiyədə yeni qurulan şirkətlərin davamlılığı ilə bağlı statistik göstəricilər olduqca dramatikdir. Araşdırmalara görə, yeni şirkətlərin 80%-i beşinci ilini, 96%-i isə onuncu ilini görə bilmir. Bu göstərici, ölkədə iş dünyasında uzunmüddətli uğurun çətin olduğunu ortaya qoyur.

Ən maraqlısı isə, sistemə qeydiyyatdan keçmiş şirkətlərin 95%-inin, KOBİ-lərin isə 98.8%-nin ailə şirkəti olmasıdır. Bu, Türkiyədə kiçik və orta biznesin əsas dayaq sütunlarının ailə strukturuna bağlı olduğunu göstərir. Lakin bu strukturun özündə ciddi risklər var: şirkətlərin çöküş səbəblərinin 80%-i ailəvi, yalnız 20%-i ticari qərarlarla bağlıdır.
Daha dərindən baxıldığında, Türkiyədə tanınmış 20 ailə şirkətinin dağılma səbəbləri belə bölgüsünü göstərir:
43% - qardaşlar arasında ziddiyyət
19% - ailə daxilində digər konfliktlər
19% - miras mübahisələri
14% - qardaş-kuzen-yeğen arasında konflikt
5% - ailələrarası mübahisələr

Bu statistikalar göstərir ki, ailə şirkətlərində ticari bacarıqdan daha çox şəxsi münasibətlər və güvən problemi şirkətin davamlılığını müəyyən edir. Şirkətlərin uğuru yalnız maliyyə qərarlarından asılı deyil; ailə üzvləri arasındakı ünsiyyət, etibar və qarşılıqlı anlaşma əsas rol oynayır.

Bu baxımdan, Atatürkün məşhur sözləri - "Türk, öyün, çalış, güven" - həm milli mənəvi dəyər, həm də iş dünyasında güvənin strateji əhəmiyyəti baxımından hələ də aktualdır. Şirkətlərin uzunömürlü olması üçün yalnız işgüzarlıq deyil, həm də ailə içində və iş mühitində güvən və qarşılıqlı hörmətin inkişaf etdirilməsi vacibdir.

Zahid Fərrux Məmmədov 
İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31