Yanvar ayı üçün bürc proqnozu- astroloq Aysel Siriusun təqdimatında

Qoç/ Yüksələn Qoç

Əziz Qoçlar, yanvar ayı sizi birbaşa gələcək hədəflərinizə fokuslayacaq. Artıq dəyərinizi bilməyən, sizi daima eqoist davranışlarla yoran, ya da sizin fədakarlığınızı görməyən insanlarla vaxt itirmək yerinə, öz gələcəyinizə və karyeranıza yönəlmək istəyəcəksiniz.
Bu ay xüsusilə rəsmi mövzular, dövlət qurumları, sənədlər, müqavilələr və karyera ilə bağlı məsələlərdə çox diqqətli olmalısınız. Bu qədər güclü Oğlaq enerjisinin olduğu bir dövrdə, artıq real şəkildə gələcəyinizi düşünməli, bu istiqamətdə yatırım etməlisiniz.
Bəzi Qoçlar üçün ana-ata, ailə böyükləri və ya həyat yoldaşının ailəsi ilə bağlı əlavə məsuliyyətlər gündəmə gələ bilər. Eyni zamanda Xərçəng enerjisi ev, yuva və ailə mövzularında bu ay önəmli dəyişikliklərə işarə edəcək. Yanvar ayı bir çox Qoçlara
evlilik,nişan,nikah,iş qurmaq,
ev almaq və ya yer dəyişmək
kimi həyat istiqamətini dəyişən hadisələrin baş verməsi mümkündür. Ümidinizi üzməyin, çünki bu təsirlər real və güclüdür.
6 yanvar, Venera-Günəş qovuşumu sizlərə
uğur, tanınma və bir mükafat enerjisi gətirə bilər.
9  yanvar Günəş-Merkuri qovuşumu:
Böyük məsuliyyətlərin başladığı bir dövrə işarə edə bilər.
12 yanvar- müdir, valideyn və ailə böyükləri ilə inadlaşmamağa çalışın. Sağlamlığınıza və immunitetinizə diqqət edin.
26 yanvar- Daha duyğusal, mənəvi və yumşaq bir lider enerjisinə keçəcəksiniz. 
20 yanvardan sonra güclü sosiallaşma dövrü başlayır. Dəvətlər, toylar, nişanlar, tədbirlər, əyləncələr həyatınızda önəmli yer ala bilər. 
28 yanvar isə dostlarla ciddi mübahisələr və gərginliklər yarana bilər, diqqətli olun.

Buğa/ Yüksələn Buğa

Əziz Buğalar, yanvar ayı sizin üçün sanki uzun və dərin bir səyahət kimi olacaq. Bu, fiziki səyahət deyil,  daha çox özünüzlə bağlı bir yolculuqdur. Həyatınız, baxış bucağınız, gələcək dünyagörüşünüzlə bağlı çox böyük dərk etmələr yaşayacaq, özünüzü yenidən tanıyacaq və yenidən tanımlayacaqsınız. Bu ayı rahatlıqla "özünü tapmaq ayı" adlandıra bilərik.
1 yanvar etibarilə pul mövzuları və gələcək qayğıları sizi bir az narahat edə bilər. Amma bu enerjiyə həddindən artıq qapılmayın. 
Yanvar ayında həyatınızda ən çox gündəmdə olacaq mövzular bacı-qardaş, yaxın qohumlar və yaxın çevrə əlaqələri,
avtomobil, nəqliyyat vasitələri və ya elektronika dəyişiklikləri,
ünsiyyət, sosial media, internet və media mövzuları, hüquqi məsələlər,
səfərlər, təhsil kimi məsələlərdir.
9 yanvar ərəfəsində qardaş-bacı, qohumlar, evlisinizsə həyat yoldaşınızın ailəsi ilə bağlı stresli vəziyyətlər və əlavə məsuliyyətlər yarana bilər. Səfər planları, şəhər, ölkə və ya məkan dəyişikliyi gündəmə gələ bilər. Bu, sizin üçün çox güclü bir dəyişiklik dövrünün başlanğıcıdır.
Pasport, viza, beynəlxalq iş və əlaqələrlə bağlı proseslər başlaya bilər.
Tələbə olan Buğalar üçün bu dövr çox ciddi və məhsuldar dərs çalışma mərhələsidir. 
3 yanvar Xərçəng Dolunayı sizi sevdikləriniz, ailəniz və qohumlarınızla bir araya gətirə bilər. Xəyal etdiyiniz bir avtomobili almaq fürsəti yarana bilər. Sosial media və internet üzərindən uğurlar, yeni tanışlıqlar mümkündür. Təhsil, səfər və ünsiyyət vasitəsilə həyatınıza yeni insanlar daxil ola bilər. Uzun zamandır hiss etmədiyiniz bir "aid olma" duyğusu yaşaya bilərsiniz.
10 yanvar ərəfəsində eqolu və sizi sınağa çəkən insanlarla mübahisələrdən uzaq durmağa çalışın.
12 yanvar tarixində sağlamlığınıza diqqət edin. Xüsusilə baş ağrıları, gözlər, üz və baş nahiyəsi həssas ola bilər.
18-21 yanvar aralığında sürətli xəbərlər, ani qərarlar, səfər və ya köç fürsətləri,
qohumlarla bağlı mühüm hadisələr
gündəmə gələ bilər. Hüquqi mövzularda nəticə alma ehtimalı var, lakin yaxşı hüquqi dəstək və düzgün müdafiə ilə irəliləmək çox önəmlidir.
Əgər diqqətli şəkildə çalışsanız, uğur potensialınız olduqca yüksəkdir. 
28 yanvar ± 4 gün
Bu tarixlərdə müdir, rəhbər və rəsmi qurumlarla qarşıdurmalardan ciddi şəkildə çəkinin. Bu, karyera baxımından həm böyük fürsət, həm də riskli bir dönüş nöqtəsidir. Ani qəzəblə verilən qərarlar sizə zərər gətirə bilər.
26 yanvardan sonra daha duyğusal, daha mənəvi bir ruh halına keçəcəksiniz.Dualara, inanca, daxili sükunətə yönəlmək istəyi artacaq. 

Əkizlər/ Yüksələn Əkizlər

Əziz Əkizlər, yanvar ayı sizin üçün demək olar ki, pul, maddi məsələlər və ödənişlər mövzusu ətrafında fırlanacaq. Banklar, kreditlər, borclar, ödəniş planları, miras və bu tip maliyyə məsələləri ilə sıx məşğul ola bilərsiniz. 
İlin ilk günü ikili münasibətlərdə bir az yorğun və ya həvəsiniz qırılmış kimi hiss edə bilərsiniz. Bəzi dialoqlar sizi məmnun etməyə bilər. 
3 yanvar Dolunayı sizin üçün maddi baxımdan çox güclüdür. Bol qazanc, maddi fürsətlər və maliyyə rahatlığı gətirə bilər.
Ancaq yeni ilin ilk günlərində bəzi dostlarla aranız soyuya bilər. Buna diqqət edin
6 yanvar pul, borc, kredit, miras, aliment, təzminat kimi mövzularda xüsusi şərtlər və fürsətlər yarana bilər. Günəş-Venera təsiri ilə maddi sahədə haqqınız olan bir qazancı əldə edəcəyiniz mümkündür.
9 yanvar fürsətlər önünüzə çıxacaq. Ümumiyyətlə, 3 və 6 yanvar tarixlərində açılan maddi qapılar bu tarixdə daha da aktivləşə bilər.

12 yanvar pul mövzuları səbəbindən bəzi dostluqlar zədələnə bilər. Maddi məsələlərdə etik olmayan davranışlar sizi narahat edərsə, bəzi insanları həyatınızdan çıxarmaq məcburiyyətində qala bilərsiniz.

17-20 Yanvar
Həm maddi mövzularda, həm karyera, həm də şəxsi münasibətlərdə şanslı və dəstəkləyici bir dövrdür. Əldə etdiklərinizi möhkəmləndirmək üçün gözəl fürsətlər var.

18 yanvar kredit, borc, miras, aliment, təzminat mövzuları yenidən gündəmə gəlir.

28 Yanvar ± 4 gün bu tarixlərdə çox köklü bir yer dəyişikliyi gündəmə gələ bilər.
Uzaq ölkələrə köçmək, uzun səfərlər, başqa şəhər və ya ölkədə yaşamaqla bağlı böyük qərarlar verilə bilər. Amma bu dövrdə hüquqi mövzular, viza almaq, 
rəsmi sənədlər,
imtahan və təhsil məsələləri
ilə bağlı son dərəcə diqqətli olun.

Xərçəng/ Yüksələn Xərçəng

Əziz Xərçənglər, yanvar ayının əsas ulduzu sizsiniz desəm inanarsınız? 
3 yanvar Xərçəng Dolunayı və Yupiterin bu il Xərçəng bürcündə yerləşməsi bir çox mövzuda daşları yerindən oynadacaq. 
Bu da iş birlikləri,ortaq layihələr, yeni tanışlıqlar, ciddi münasibətlər,
sevgi və evlilik fürsətlərini gətirə bilər.
Özünüzdə böyük dəyişikliklər etmək istəyə bilərsiniz,məsələn saç, stil, geyim,
üz, baxım, davranış və həyat tərzi kimi məsələlərdə. Eyni zamanda sizi yoran, bitmiş, tükənmiş, artıq zərər verən münasibətləri keçmişdə buraxmaq şansınız çox yüksəkdir. 
Bəzi hallarda rəqabət aparan, sizə qarşı aqressiv davranan gizli düşmənlik edən insanlarla da qarşılaşa bilərsiniz. 
9 yanvar ərəfəsində münasibətlər, tərəfdaşlıqlar və qarşılıqlı əlaqələr sahəsində tamamilə yeni bir mərhələnin başlanğıcıdır.
20 yanvara qədər ikili münasibətlərdə və şəxsi həyatınızda çox böyük dəyişikliklər baş verə bilər.
23 və 28 yanvar (±4 gün) sənədlər,ödənişlər
borclar,maliyyə mövzuları
ilə bağlı risklər arta bilər.
Eyni zamanda sağlamlıq baxımından, damarlar, qan dövranı, ayaqlarla bağlı problemlər gündəmdə ola bilər.
Yanvarın son günlərində həm maddi mövzularda, həm də sağlamlıqla bağlı məsələlərdə heç nəyi şansa buraxmamağınız tövsiyə olunur.

Şir/ Yüksələn Şir

Əziz Şirlər, xüsusilə yüksələn Şirlər, yanvar ayında diqqətiniz əsasən iş və sağlamlıq mövzularına yönələcək. Bu sahələr sizin üçün ayın əsas gündəmi olacaq.
3 Yanvar ± 3 gün xüsusilə yüksələn Şirlər üçün bu tarixlərdə daha çox dincəlmək,sağlamlığınıza diqqət yetirmək, özünüzlə tək qalmaq çox vacibdir. Emosional keçidlər, keçmişi xatırlamaq, nostalji hisslər arta bilər. Bu təsadüfi deyil. Keçmişdə ilişib qalmaq yerinə, sağlamlığınıza və gələcəyinizə fokuslanın.
Bu dövrdə hormon balansı, mədə və həzm sistemi və ümumi bədən tarazlığı
daha həssas ola bilər. 
6 yanvar Günəşin güclü təsiri ilə sağlamlıq mövzusunda atdığınız addımlar müsbət nəticə verə bilər, çünki sağalma və yenilənmə enerjisi aktiv olacaq.
Yanvar ayı iş həyatında da önəmli dəyişikliklər gətirəcək. İş dəyişmək,vəzifə artımı, yeni işə başlamaq
rəsmi və uzunmüddətli işə keçmək
mümkündür. Hətta bir işdən ayrılıq olsa belə, arxasından gələn imkan daha xeyirli və sabit ola bilər. 
15-17 yanvar aralığı isə müsbət fürsətlər gətirə,münasibətləri nizamlamaq,pul qazanmaq, iş həyatını yoluna qoymaq
üçün çox əlverişlidir.
20 Yanvara qədər iş və sağlamlıqla bağlı problemləri həll etmək, yeni bir səhifə açmaq üçün güclü şanslarınız olacaq 
23 yanvar ərəfəsində əgər 1 ildən artıq davam edən bir münasibətiniz varsa, bu tarixdə güc savaşları başlaya bilər. Münasibətlərdə gərginlik yaradan mübahisələr arta bilər.
28 yanvar ərəfəsində partnyorlarla,
ortaqlarla, açıq rəqabət aparan insanlarla
ciddi qarşıdurmalar yarana bilər. 

Qız/ Yüksələn Qız
Əziz Qız bürcün nümayəndələri, bu ay göy üzü sizin üçün sevgi, romantika, münasibətlər, övladlar, hamiləlik, nişan və evlilik mövzuları çox güclü şəkildə aktivləşdirəcək.
Sevgi enerjisi Oğlaq bürcündən gəldiyi üçün münasibətlər bir az ciddi, məsuliyyətli və seçici ola bilər. Bu ay qurulan sevgi bağları uzunmüddətli və gələcəyə yönəlik ola bilər.
Yeni ilə emosional dalğalanmalarla girə bilərsiniz. Ailə üzvləri, valideynlər və ya partnyorla fikir ayrılıqları mümkündür. "Heç kimə yetmirəm" hissi yarana bilər. Sakit qalmaq önəmlidir.
3 yanvar, sosial həyatınız canlanacaq. Dəvətlər, görüşlər, nişanlar, toy xəbərləri, hətta evlilik təklifləri gündəmə gələ bilər. Sevginiz bir tədbirdə və ya ictimai mühitdə qarşınıza çıxa bilər.
6 yanvar ərəfəsi sevgi, münasibətlər, hədiyyələr, nişan və evlilik təklifləri üçün çox dəstəkləyici bir təsirdir.
9 yanvar evli olan Qızlara hamiləlik və güclü romantik yaxınlaşmalar mümkündür.
17-20 yanvar arası hamiləlik və uşaqlarla bağlı müjdəli xəbərlər, onların gələcəyi ilə bağlı planlar və ciddi qərarlar gündəmə gələ bilər. Münasibətlərdə artıq "ya davam, ya tamam" mərhələsinə keçilir.
20 yanvardan sonra diqqətiniz iş və sağlamlıq mövzularına keçəcək.
23 və 28 yanvar tarixlərində xüsusilə diqqətli olun.Ürək, təzyiq,qan dövranı
idman və fiziki yüklənmə nəticəsində zədələr mümkündür. Sağlamlığınızı riskə atmayın, tempinizi düzgün tənzimləyin.

Tərəzi/ Yüksələn Tərəzi

Əziz Tərəzilər, bu ay sizin üçün ev, yuva, ailə və ailədaxili məsuliyyətlər çox güclü şəkildə gündəmə gələcək. Bunun əsas səbəbi Oğlaq bürcündə baş verən Yeni Ayın ailə, daşınmaz əmlak, ev və məişət mövzularını ön plana çıxarmasıdır. Bu dövrdə bir səhifə bağlanıb, yeni bir səhifə açılır.
Bununla yanaşı, 3 yanvar tarixindəki Dolunay da həyat yolunuzda, xüsusilə karyera sahəsində ailə ilə bağlı mövzuları yenidən gündəmə gətirə bilər. Bu, yalnız ana-ata məsələləri ilə məhdudlaşmır, həm onlarla bağlı məsuliyyətlər, həm də öz yuvanızı qurmaq, ev almaq, yaşayış planınızı formalaşdırmaq kimi mövzuları əhatə edir.
Yəni Tərəzilər üçün bu ay ev almaq,
daşınmaz əmlak mövzuları,
ailədaxili münasibətlərdə mühüm inkişaflar,
şəhər, ölkə, və ya yaşayış yerinin dəyişməsi,
uzaq yerlərlə əlaqəli planlar,
ailəni və karyeranı yenidən təşkil etmək
kimi mövzularda çox güclü addımlar atıla bilər.
1 yanvar - Heç kimlə danışmaq istəməyə, söylədiklərinizlə qarşı tərəfin qəlbini qıra biləcəyiniz bir ruh halında ola bilərsiniz. Emosional və zehni dağınıqlıq mümkündür.
3 yanvar - Karyera və gələcək planlar baxımından çox güclü bir fürsət ilə qarşılaşa bilərsiniz.
3 və 6 yanvar həm ailə, həm də karyera sahəsində böyük uğurlar və dəstək vəd edir. Ev tapmaq, köç planı qurmaq, mülk almaq və ya kirayə məsələləri üçün olduqca uyğun zamandır.
3-6-18 yanvar aralığı - həyatınızda, taleyinizdə, karyeranızda və yaşayış yerinizdə bir dövr bağlanıb, yenisi açıla bilər. Özünüzü başqa bir şəhərdə, başqa bir mühitdə, hətta evləndiyiniz insanla yeni bir yuvada tapa bilərsiniz.

20 yanvardan sonra övladlarınızla daha çox məşğul ola bilərsiniz. Valideyn olan Tərəzilərin daha diqqətli olması tövsiyə olunur.
23 yanvar - övladlarınızla, sevdiklərinizlə və ya eşq həyatında güc mübarizələri
28 yanvar isə bu gərginliyin daha da artması mümkündür. Tərəzilər
şans oyunlarından,
"buradan alım, oradan qazanım" tipli işlərdən,bilmədiyiniz sahələrə yatırım etməkdən,
yanlış və riskli investisiyalardan,
20 yanvardan sonra sensasiyalı və gizli münasibətlərdən
qəti şəkildə uzaq durun.Bunlar böyük problemlərə səbəb ola bilər.

Əqrəb/ Yüksələn Əqrəb

Yanvar ayında ən sağlam şəkildə fikrini ifadə edəcək və ən doğru məlumatları təqdim edəcək şəxslər şübhəsiz ki, Əqrəblər və yüksələn Əqrəblər olacaq. Bu ay bir kahin kimi, indiyə qədər dediklərinizin bir-bir gerçəkləşdiyini görə bilərsiniz. 
Əvvəlcə qardaş-bacı, qohumlarınız və yaxın çevrənizlə bağlı çox məşğul olacağınızı, bu sahədə daha çox tanınacağınızı, bəzən mübarizə aparacağınızı, bəzən isə onlarla daha sıx bir arada olacağınızı rahatlıqla deyə bilərəm. Yaxın çevrə ilə əlaqələr, qohumlarla münasibətlər və ünsiyyət mövzusu bu ay çox ön plandadır.
Bu dövrdə avtomobilinizi dəyişmək,
elektron əşyalarınızı yeniləmək,
e-ticarət, sosial media və internet üzərindən işlərdə uğur qazanmaq,
sayt açmaq, onlayn satış etmək,
ticarət yolu ilə böyümək
kimi mövzularda önəmli fürsətləriniz var.
9 yanvar ərəfəsi böyük mübahisələrə girmək və hər kəsə layiq olduğunu düşündüyünüz sözləri demək ehtimalınız çox yüksəkdir. Diqqətli olun 
6 yanvar sevdiklərinizlə görüşmək, yaxınlaşmaq və emosional bağ qurmaq ehtimalı çox güclüdür. Gözəl xəbərlər əhvalınızı gözəlləşdirə bilər.
3 yanvar gecə saatlarında qarşınıza möhtəşəm bir səyahət fürsəti çıxa bilər. Hüquqi mövzularda tamamlanma, böyümə və "nəhayət" dedirəcək imkanlar gündəmə gələ bilər. Təhsil, hüquq və səyahət mövzularında 3-6yanvar çox məhsuldar,
9 yanvar isə bir qədər gərgin görünür.
18 yanvar  qardaş-bacı, yaxın çevrə və qohumlarla bağlı mühüm xəbərlər və mövzular gündəmə gələ bilər. Onlarla bağlı məsuliyyət almaq və dəstək göstərmək lazım gələ bilər. Eyni zamanda təhsil, və ticarət sahələrində də hərəkətə keçə bilərsiniz.
20 yanvardan sonra ev, yuva, ailə və məişət mövzuları həddindən artıq ön plana çıxır. Şəhər, mühit və ya yaşayış yeri dəyişikliyi mümkün görünür.
Xüsusilə 23 və 28 yanvar tarixlərində köç və ciddi yer dəyişiklikləri yaşana bilər.
Bu dövrdə ana, ata və ailə münasibətlərində daha diqqətli olmağınız vacibdir. Bu ərəfədə yolda diqqətli olun.

Oxatan/ Yüksələn Oxatanlar

Əziz Oxatanlar, özünüzü yorğun hiss etsəniz belə, həyatınızda bütün bunları yenidən toparlaya biləcəyiniz vəziyyətlər yarana bilər. Xüsusilə bir müddət:
heç kimlə danışmaq istəməmək,
daxili dağınıqlıq, emosional boşluq
kimi hallar yaşaya bilərsiniz. Amma bu tamamilə keçici bir prosesdir.
3 yanvarda baş verən Dolunay sizi özünüzə,
duyğularınıza, bədəninizə, sağlamlığınıza daha çox diqqət ayırmağa çağırır. İlin əvvəlində hər kəslə məşğul olmaq istəmədiyiniz bir ruh halında ola bilərsiniz. Həmçinim Dolunay sizə miras, ortaq maliyyə, maddi
mövzularında böyük bir fürsətlər gətirə bilər. Yeni ilin ilk günlərində maddi sahədə böyümə və inkişaf şansı yüksəkdir. Çox uğurlu irəliləyə biləcəyiniz imkanlarla qarşılaşa bilərsiniz. Bu ay mədə,
reproduktiv orqanlar
ilə bağlı sağlamlığa diqqət etmək vacibdir.

6 yanvar tarixində rəsmi bir işə başlamaq, 
haqqınız olan bir ödənişi almaq və ya
dövlət qurumlarından gələn pul
əlinizə keçə bilər.
Bu ay rəsmi bir işə başlamaq,
sabit maaş almaq ehtimalı da yüksəkdir.

9 yanvarda yeni yatırım fürsəti, maliyyə ilə bağlı önəmli mövzunu
gündəmə gətirə bilər. Amma xərclərə diqqət etmək vacibdir.
18 yanvarda isə uzunmüddətli, dayanıqlı,
sizə yaxşı gələcək bir qazanc və ya iş fürsəti əldə edə bilərsiniz.

20 yanvardan sonra yaxın çevrənizdəki insanlarla, xüsusilə Dolça, Qoç və Əqrəb vurğulu şəxslərlə, yəni dost, qardaş və ya qohumlarla ciddi münaqişələr yarana bilər.
23 və 28 yanvar tarixlərində bu mövzular daha da gərginləşə bilər.
20 yanvar - 1 fevral arası mübahisələrə girməyin, avtomobil idarəsi zamanı aqressiv olmayın,avtomobilinizin texniki baxışdan mütləq keçirdin,sosial mediada və gündəlik həyatda mübahisələrdən uzaq durun.
Bu dövrdə sakitlik və ehtiyat sizi ekstra qoruyacaq.

Oğlaq/ Yüksələn Oğlaq

Əziz Oğlaqlar, bu ay səhnə işıqları tamamilə sizin üzərinizdədir, xüsusilə də 20 yanvara qədər. Günəş məhz sizin bürcünüzdə olduğu üçün bütün diqqət, sizlərə yönələcək.
1 yanvar ətrafı yuxusuzluq, yorğunluq,
bir az içə qapanıqlıq yaşaya bilərsiniz.
ola bilər. Bu günlərdə dişlərinizə, sümük sağlamlığınıza xüsusi diqqət yetirin.
Bu ay Oğlaqların gündəmində münasibətlər əsas rol oynayacaq. Boşanma mərhələsində olanlar üçün bu dövr qəti qərarların verildiyi, artıq ilişib bir yerdə duran münasibətlərin bitdiyi bir zaman ola bilər. Yalnız olanlar üçün isə doğru insanla qarşılaşma ehtimalı çox yüksəkdir.

3-6 yanvar arası yeni tanışlıqlara qətiyyən "yox" deməyin, çünki yeni münasibət başlanğıcları üçün çox güclü tarixlərdir.
6 yanvar münasibətin güclənməsi, gözəlləşməsi, cütlük olaraq göz önündə ola bilərsiniz. Yalnızlar üçün yeni biri ilə tanışlıq ehtimalı çox yüksəkdir.
9 yanvar enerjiniz sürətlənəcək. Sağlamlığınıza diqqət edin.
17-18-19 yanvar və xüsusilə 20 yanvara qədər sevgidə, münasibətlərdə,şəxsi həyatınızda çox böyük fürsətlər var.
18 yanvardan sonra isə köhnə bir səhifə bağlanır, yeni və güclü bir dövr başlayır,
yeni başlanğıclar üçün cəsarət tapacaqsınız.
Bu, təkcə münasibətlərdə deyil xarici görünüş, saç, geyim,stil
dəyişiklikləri üçün də əla zamandır. Özünüzə yaraşanı edin, çəkinməyin.

20 yanvardan sonra diqqət maddi məsələlərə yönəlir. 
23 və 28 yanvar çox xərcləmə, pulun sürətlə əldən çıxması hissi yarana bilər.
Pulunuza diqqət edin, oğurluq və itkilərə qarşı ehtiyatlı olun,
lazımsız xərclərdən uzaq durun.

Dolça/ Yülsələn Dolça

Əziz Dolçalar!Bu ay sizin üçün diqqət yetirilməli mövzular kifayət qədər çoxdur. Xüsusən yüksələn Dolçalar və ümumilikdə Dolça bürcləri bu ay güc savaşına çox açıq bir mərhələdən keçirlər. Açıq desəm, xüsusilə 1 yanvar səhəri dostlarınızla və hətta ailənizdən bəzi insanlarla bağlı çox önəmli qərarlar ala bilərsiniz. Bu, emosional olaraq güclü, amma bir o qədər də ayıldıcı bir proses olacaq.
3 yanvarda baş verən Xərçəng Dolunayı sağlamlıq sahənizi ciddi şəkildə təsir altına alır. Əsasən mədə, hormonlar, daxili orqanlar və süd vəziləri ilə bağlı həssaslıq arta bilər. Bu dövrdə sağlamlığınızı, qidalanmanızı və gündəlik rejiminizi birinci plana çıxaracaqsınız. İdmana başlamaq, pəhriz etmək və ümumilikdə sağlamlıqla bağlı konkret addımlar atmaq üçün olduqca uyğun bir aydır. Eyni zamanda göz sağlamlığı, baş və baş nahiyəsi ilə bağlı problemlər, xüsusilə görmə ilə əlaqəli narahatlıqlar varsa, bunlarla bağlı hərəkətə keçmək faydalı olar.
Bu ay iş həyatı ilə bağlı da mühüm dəyişikliklər mümkündür. İş dəyişmək, vəzifə artımı almaq və ya mövcud işinizdə dönüş nöqtəsi yaşamaq ehtimalı yüksəkdir. Xüsusilə 3-6 yanvar tarixləri arasında işlə bağlı əhəmiyyətli fürsətlər ortaya çıxa bilər. Uzun müddətdir iş axtarırsınızsa, bu dövrdə müsbət nəticə əldə etməyiniz mümkündür.
20 yanvara qədər olan dövrdə bir az geri çəkilmək, daha çox müşahidə etmək və plan qurmaq sizin üçün daha doğru olar. 
Bu müddətdə gizli düşmənliklər, dedi-qodular və arxadan qurulan oyunlar canınızı sıxa bilər. Xüsusilə 18 yanvar ərəfəsində, daha diqqətli olmağınız məsləhətdir. Bəzi insanlara səbr göstərməkdənsə, geri çəkilmək və bir az tək qalmaq daha doğru seçim ola bilər. 

23 yanvardan sonra güc mübarizələri daha da kəskinləşəcək. Bəziləriniz ciddi estetik dəyişikliklərdən, daxili və xarici transformasiyalardan keçə bilər. Xarici görünüş, üslub və özünüzü ifadə etmə tərzinizi köklü şəkildə dəyişmək istəyə bilərsiniz. Artıq həyatınızda yeri olmayan insanları və münasibətləri bıçaq kimi kəsib atmaq ehtiyacı hiss edə bilərsiniz.
Unutmayın, bu ay əsas məsələ sağlamlıq və ruh halınızı qorumaqdır. Güc savaşlarından, ego yarışlarından uzaq durun. Öz psixologiyanızı, daxili rahatlığınızı və enerjinizi birinci yerə qoyun. Nə qədər az insanla planlarınızı paylaşsanız, nə qədər seçici olsanız, bu ayı bir o qədər təhlükəsiz və sağlam şəkildə keçirə bilərsiniz. İş və sağlamlıqla bağlı rutinlər qurmaq üçün isə ay ümumilikdə olduqca uğurludur.

Balıq/ Yüksələn Balıq
Əziz Balıqlar! Bu ay dostluqlar bağı xeyli hərəkətlidir. Sevgi, evlilik, münasibətlər mövzusunda yenə də ən şanslı bürclərdən biri siz olacaqsınız. Xüsusilə sevgi evinizdə baş verən çoxsaylı müsbət və şanslı təsirlər sizi ön plana çıxarır. 
Xərçəng Dolunayı sevgi evinizdə sanki Ay kimi yox, Günəş kimi doğacaq. Bu dövrdə hamiləlik, körpə xəbəri, nişan, toy, bir sevgi qarşılaşması və ya taleyüklü tanışlıq ehtimalı olduqca yüksəkdir.
3-6 yanvar tarixləri arasında sevgi baxımından şansınız maksimum dərəcədə açıqdır. Səhnə işıqları üzərinizdədir, diqqət mərkəzindəsiniz. Sevdiyiniz insanla romantik vaxt keçirmək, sevgini dərin və duyğusal şəkildə yaşamaq üçün göyüzü sizi dəstəkləyir. 
Lakin 1 yanvar tarixində karyera və gələcəyinizlə bağlı bir qədər qarışıq və emosional hisslər yaşaya bilərsiniz. Münasibətlərdə xırda çəkişmələr ola bilər. Amma 3-6 yanvar aralığında bu enerji tamamilə dəyişir, sevgi və şəfqət dolu təsirlər sizi bürüyərək, öz axarına düşəcək.
17-20 yanvar tarixləri ətrafında həyatınızda köklü dəyişikliklər etmək, daha sağlam və möhkəm təməl üzərində irəliləmək üçün çox güclü fürsətlərlə qarşılaşa bilərsiniz. Xüsusilə maddi məsələlər və gələcəyinizlə bağlı mövzularda ciddi addımlar atmaq ehtimalı var.
Ümumilikdə 1-20 yanvar aralığı sevgi, münasibətlər və sosial həyat baxımından olduqca uğurlu görünür. Davətlər, tədbirlər, görüşlər həyatınızın mərkəzində ola bilər. 
9 yanvarda dostluq münasibətlərində gərginlik, mübahisə və anlaşılmazlıqlar yarana bilər. 
23 və 28 yanvar tarixlərində sağlamlıq mövzusunda daha diqqətli olmağınız tövsiyə olunur. Xüsusilə qan dövranı, təzyiq və ümumi bədən balansı ilə bağlı həssaslıqlar yarana bilər. Gizli düşmənliklərə, arxadan çevrilən oyunlara qarşı da ehtiyatlı olmaq vacibdir.

20 yanvardan etibarən Günəş 12-ci evinizə keçir və bu dövrdə əgər diqqətli olmasanız, paxıllıq, gizli rəqabət və sizi aşağı çəkməyə çalışan insanlarla qarşılaşa bilərsiniz.
Həmçinin, yuxu rejiminizə, qidalanmanıza, istirahətinizə xüsusi önəm verin. Oğurluq, sui-istifadə və ya planlarınızı mənimsəməyə çalışan insanlara qarşı da diqqətli olun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31