Gülbenin hicablı qadının əlini tutmaması müzakirə yaratdı

Müğəni Gülben Ergenin halay zamanı hicablı qadının əlini tutmaması müzakirə olunub.

Bu anlar sosial şəbəkələrdə yayılıb.

Yayılan görüntülərə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici sərt reaksiya verib.

O, çıxışında müğənnini təhqir edib:

"Adıçəkilən şəxs hər cür əxlaqsızlığı yaşayıb. Bacılarımız, analarımız, əslində, onun əlini tutmamalıdır".

G. Ergen isə sözügedən ittihamlara cavab olaraq BBP sədrini məhkəməyə verəcəyini bildirib:

"Destici, unutma ki, mən kin saxlamıram, vəkil tuturam... Üzr istəyəcəksən!" /olay.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31