Bu il işğaldan azad edilmiş ərazilərdə 21 məktəb tikilib

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib. Ötən müddət ərzində 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.

Olaylar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.

7 məktəbəqədər təhsil müəssisəsində isə 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31