İşçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək
12:22 Sosialİşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək. "Olaylar" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:
• əsas iş yerində ezamiyyətə gedən işçiyə - əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
• əlavə iş yerində ezamiyyətə gedən işçiyə - əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31