Bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
30 Dekabr 12:10 SosialPsixoloji yardımın maliyyələşdirilməsi qaydasına dəyişiklik edilir. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31