Azərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək
11:55 SosialAzərbaycan və Somali diplomatik pasport sahiblərini viza tələblərindən azad edəcək. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31