Deputat whatsapp kanalı ilə seçicisini qəbul edib- ÖZƏL
13:08 Sosial"10 gün əvvəl ilk dəfə olaraq Whatsapp kanalı yaratdım. Məqsədim parlament yenilikləri, ictimai maraq kəsb edən məsələlər barədə seçicilərə daha asan və individual üslubda məlumatlandırmaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin üzvü Kamal Cəfərov bildirib: "Kanalda abunə sayı qısa müddət ərzində 1300-ə çatdı, bu gün üzvlərin 70-80 faizi ictimai əhəmiyyət kəsb edən sorğularda aktiv iştirak edir, fikirlərini bildirir. Abunə olanlar eyni zamanda kanalda hansı məsələlərlə bağlı müzakirələrin aparılmasını da müəyyən edir. Mən də öz fikirlərimi və cavablarımı sadə səs mesajı ilə göndərirəm.
Bu gün ilk dəfə olaraq kanal üzərindən iki seçici ilə canlı whatsapp əlaqəsi də yaratdıq. Seçici də çox məmnundur. Çünki ənənəvi vətəndaş qəbulunu gözləmək, isti və ya soyuqda təyin olunan məntəqələrə gəlməyə ehtiyac yoxdur.
İnşallah yeni ildən sonra seçici ünvanlı rəqəmsal əlaqə təminatı (SÜRƏT) tam aktivləşdirəcəyik, vətəndaş müraciətləri, onların idarə edilməsi (CRM) və həlli istiqamətindənki bütün məsələləri whatsapp kanalım üzərindən keçirəcəyik. Ancaq ənənəvi qəbulları da davam etdirəcəyəm".