Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
14:31 SosialPaytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Olaylar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31