İğdırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, "Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş, yerli ictimaiyyətin nümayəndələri, gənclər və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq milli kimliyini, dilini və mədəniyyətini qoruyub saxladığını qeyd edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin "Bir millət, iki dövlət" prinsipi üzərində qurulduğunu və bu qardaşlığın sarsılmaz olduğunu bildirib.

Tədbirdə çıxış edən Baş konsul Zamin Əliyev və "Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün diaspor fəaliyyətində xüsusi önəm daşıdığını vurğulayıblar, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Bədii hissədə İğdır Universitetinin musiqi fakültəsinin müəllimi Mehriban Məmmədəliyevanın müşayiəti ilə tələbələr Azərbaycan xalq mahnılarını ifa ediblər.

İğdırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)

İğdırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)
İğdırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)
İğdırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31