Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla Mentorluq Proqramı çərçivəsində növbəti görüş keçirilib

Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Şahlar Məmmədovla Mentorluq Proqramı çərçivəsində növbəti görüş keçirilib.

Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlar barədə müzakirələr aparılıb. Hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna ayrıca toxunulub.

Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.

Şahlar bəyə peşəkar fəaliyyətində uğurlar diləyir, qarşıya qoyduğu hədəflərə çatmasını və karyerasında davamlı yüksəliş arzulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31