Şagirdlərin elektron siqaretə aludəçiliyi narahatlıq yaradır- ÖZƏL
12:52 Sosial"Orta məktəblərdə yuxarı sinif şagirdlərinin elektron siqaretə aludəçiliyi narahatçılıq yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib: "Valideyin və müəllimlər bu halların qarşısının alınmasında məsuliyyətli olmalıdır. Eyni zamanda, elektron siqaretlərin satışı məqsədilə "qara bazar"ın formalaşmasının qarşısı alınmalıdır. Sahibkarların anbarlarında qalan məhsulların "qara bazara" çıxarılmaması üçün kompensasiya verilməli, yaxud onlara həmin məhsulları satmağa şərait yaradılmalıdır. Sahibkarların da bundan süni şəkildə istifadəsinin qarşısı alınmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31