Taksilərə avtobus zolaqlarından istifadə icazəsi verilməsi təklif olunub

"Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Hesab edirəm ki, bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaqdır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov çıxışında deyib. O "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksilərin ictimai nəqliyyat vasitəsi sayıldığını və beynəlxalq təcrübədə bu modelin geniş şəkildə tətbiq olunduğunu qeyd edib.
Deputat qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalı olduğunu da əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31