Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTOLAR
19:11 SosialBakı Ağır Cinayətlər Məhkəməsinə 4 yeni hakim təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Murad Aslanov, Firdovsi Əliyev, Kamil Əliyev və Aygün Qurbanova təyinat alıblar.
K.Əliyev və A.Qurbanova bir müddət idi eyni məhkəməyə ezam edilmişdilər.
Yeni hakim Firdovsi Əliyev isə indiyədək Masallı Rayon Məhkəməsinin sədri idi. Bundan sonra isə Bakıda hakim kimi işləyəcək.
Məqaləyə dair fotomateriallar:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31