Apteklərdə satılan bu şokoladın tərkibində heyvan qanı var - Azərbaycanda da var
18:50 SosialHematogen şokoladın əsas tərkibi öküz qanından əldə olunan albumin və şəkərdən ibarətdir.
Olaylar.az xəbər verir ki, dəmir və C vitaminini artırmaq üçün tez-tez quru meyvələr, qoz-fındıq, süd tozu, qənnədi şirəsi, karamel və ya şokolad qatılsa da, əsl hematogenin faydası albuminin faizindən asılıdır.
Albumin qan azlığı zamanı istifadə olunan əsas maddələrdən biri hesab olunur və qan hüceyrələrinin yaranmasına kömək edir. Məhsulun tərkibinə dad və enerji vermək məqsədilə şəkər və ya qənnədi şirəsi əlavə edilir.
Eyni zamanda hematogenin növündən asılı olaraq tərkibinə ərik, kişmiş, xurma, zoğal kimi vitamin və minerallarla zəngin məhsullar daxildir. Həmçinin qoz, fındıq olur ki, bu onu protein və faydalı yağlarla təmin edir. Zənginləşdirici olaraq süd tozu, kakao, şokolad şirəsindən istifadə olunur. Xüsusən C vitamini əlavə olunur.
Apteklərdə hematogen şokolad reseptsiz satılsa da, onun həkim müayinəsi olmadan və nəzarətsiz şəkildə qəbul edilməsi tövsiyə edilmir.