Məktəbli avtobusları üçün xüsusi zolaqlar olacaq? - AÇIQLAMA

Bir neçə ay əvvəl istifadəyə verilən məktəbli avtobuslarının layihəsi şagirdlərin məktəbə vaxtında və təhlükəsiz daşınmasını təmin eləmək məqsədi ilə təqdim olunmuşdu. Layihə nəqliyyat sıxlığının azalması, valideynlərin gündəlik yükünün yüngülləşdirilməsinə yönəlib. 

Olaylar.az xəbər verir ki, valideynlərin bəziləri avtobusların vaxtında hərəkət etmədiyini və əsas əraziləri əhatə etmədiyini bildiriblər. Həmçinin, avtobusun həcmi və tutumu ilə bağlı da narazılıqlar var. 

Mütəxəssislər bildiriblər ki, layihənin uğurlu olması üçün təkcə avtobus ayırmaq kifayət deyil. Düzgün planlama, nəzarət mexanizmlərinin güclü olması əsas şərtlərdəndir. 

Layihənin icraçı direktoru Mustafa Hüseynov bildirib ki ümumilikdə ilk yarım illiyin nəticələrini müsbət dəyərləndirmək olar:

"Bunu bizə həm məktəblərdən, həm də valideynlərdən təhlükəsizlik, rahatlıq mövzularında aldığımız geridönüşlər deməyə imkan verir. Hazırda layihə çərçivəsində 200 avtobus məktəblərə xidmət göstərir. Layihənin genişləndirilməsi üzərində işlər görürük".

Məktəbli avtobusları üçün xüsusi zolaqlar olacaq?

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, xüsusi hərəkət zolaqları yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulub.  (milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31