2026-cı il bizə nə vəd edir? - Astroloq Aysel Sirius təqdim edir
12:46 SosialAstroloji proqnozlar insanlar üçün həmişə maraqlı olub. Xüsusən köhnə ilin sonlarında. Bəs 2026-cı il bizə nə vəd edir? Aysel Siriusun gələn il üçün proqnozlarını təqdim edirik.
QOÇ/ YÜKSƏLƏN QOÇ
Əziz Qoç bürcünün nümayəndələri!
2026-cı il ev və ailə mövzuları sizin üçün xüsusi şəkildə yer alacaq. Evlənmək, yuva qurmaq, köçmək, ev almaq, evdə dəyişiklik etmək, əşyaları yeniləmək, hətta şəhər və ya ölkə dəyişdirmək istəyən Qoçlar, bütün bu planları reallaşdırmaq üçün əla bir ilin içində olacaqsınız.
Yanvar və xüsusilə İyun ayı bu mövzularda taleyüklü hadisələr gətirə bilər. Həm tutulmalar, həm də Yeni aylar həyatınızı hərəkətə gətirəcək.
14 fevraldan sonra Saturn sizdən sadəcə xəyyalarınızı konkretləşdirməyinizi istəyəcək, çünki bir qədər çox qeyri-müəyyən, geniş, sərhədsiz xəyallar bu il sizə çətinlik yarada bilər.
Saturn və Neptunun sizin bürcdə hərəkəti səbəbilə: beyin fəaliyyəti,yaddaş və informasiya yükü,
gözlər, qulaqlar, ümumiyyətlə başla bağlı mövzular sizin üçün 2026-cı ildə daha çox gündəmdə olacaq. Bu "xəstəlik olacağı" demək deyil. Sadəcə zehni yüklənmə çox ola bilər. Ona görə də həm beyin, həm də ruh sağlamlığınıza 2026-cı ildə diqqət edin.
İlin ikinci yarısının hədiyyəsi, yəni 30 iyundan sonra həm Qoçların, həm də yüksələn Qoçların sevgi həyatı canlanacaq.
Yeni münasibət, mövcud əlaqədə yenilənmə, sevgi bunların hamısı sizin bürcdə cəmlənəcək.
Övladı olan Qoçlar üçün isə uşaqlarınızın həyatındakı müsbət dönüşlər sizi də xoşbəxt edəcək.
2026-cı ildə həm də yaradıcı fəaliyyətiniz də artacaq. Sənət sahəsində, hobbilər, təhsil bunların hansındasa irəliləmək istəyirsinizsə, bu il heç kim sizi dayandıra bilməyəcək.
BUĞA/ YÜKSƏLƏN BUĞA
ƏZİZ BUĞA BÜRCÜNÜN NÜMAYƏNDƏLƏRİ! 2026-cı ildə ağlınızdan keçənlər tədricən həyatınızda reallaşmağa başlayacaq.
Məsələn, yaradıcı insan, tələbə və ya müəllimsinizsə, qarşınıza çox gözəl fürsətlər çıxacaq. Özünüzü ifadə etdiyiniz hər sahədə yolunuz açıqdır. Sözünüz eşidiləcək, təsiriniz artacaq.
İlin ikinci yarısı daşınmaz əmlak və yatırımlarınız gündəminizdə olacaq və
bu mövzularında əhəmiyyətli şanslar sizi gözləyir.
Ev almaq, torpaq və ya mülkə yatırım etmək, uzunmüddətli planlar qurmaq istəyirsinizsə, 2026-cı il buna addımlar üçün uyğun bir il olacaq.
Onu da deyim ki, bu yatırımların böyük hissəsi ailə və övladlarla bağlı qərarlar üzərindən formalaşacaq.
Məsələn, övladınızın məktəbinə yaxın ev, təhsil üçün başqa şəhər və ya ölkə planları kimi.Bütün bunlar sizi yorsa belə, nəticədə ruhunuza yaxşı gələcək.
Eyni zamanda Buğalar riskli görünən işlərdə belə şanslıdırlar, xüsusilə də ilin ikinci yarısında. Ona görə də vaxtilə "yox, bu olmaz" deyib kənara qoyduğunuz ideyaları yenidən nəzərdən keçirin. İlin ikinci yarısında onları hərəkətə gətirməkdən çəkinməyin.
İyul ayının sonları bir qədər ehtiyatlı olmağınızı məsləhət görərdum.
Bu müddətdə dövlətlə bağlı məsələlərdə,
rəsmi sənədlərdə, ətrafınızdakı insanların verdiyi məsləhətlərdə yanlış yönləndirmələr ola bilər. Tələsməyin, min ölçün, bir biçin. Bu dövrü geridə qoyduqdan sonra isə yolunuz daha rahat da açılacaq, çünki bir çox fürsət artıq öz-özünə qarşınıza çıxmağa başlayacaq.
Onu da deyim ki, sizlər üçün böyük bir dövr tamamlanır. Xüsusilə yüksələn Buğalar üçün bu il 29 illik bir mərhələnin bağlanmasıdır və həyatınızda dərin bir təmizlənmə prosesi gedir. Zaman-zaman bu sizi qorxuda bilər, amma bilin ki, bu təmizlənmə həyatınıza çox önəmli yeniliklər gətirəcək. Bu prosesdə xariclə əlaqəli mövzular da ön plana çıxacaq.
"Heç vaxt getmərəm" deyən Buğalar belə bu sahədə məsuliyyətlər ala bilər. Bir təhsilin tamamlanması, bir işin sona çatması, yeni bir yolun açılması həyatınızda baş verə bilər
Ölkə xarici ilə bağlı qapılar sizin üçün açılmağa başlayacaq. Belə deyim, getməyə niyyət edən Buğalar üçün yol mütləq görünəcək.
ƏKİZLƏR/YÜKSƏLƏN ƏKİZLƏR
İLİN AÇAR SÖZÜ: POZİTİVLİK
Əziz Əkizlər bürcünün nümayəndələri!
2026-ci ildə sizlər üçün çox önəmli bir dövr başlayır, çünki Uran Əkizlər bürcünə keçəcək. Bu isə texnologiya, süni intellekt, rəqəmsal sahələr və sürətli dəyişikliklər deməkdir. Onsuz da iti işləyən ağlınızın bu dövrdə qavrayışı tamamilə dəyişəcək. Yəni,
indiyə qədər vermədiyiniz reaksiyaları verə bilərsiniz. Lakin bu sizi qorxutmasın, çünki uyğunlaşma qabiliyyətiniz çox güclənəcək. Həyatın gətirdiyi dəyişiklikləri digər bürclərə nisbətən daha rahat qəbul edəcək və bu yenilikləri fürsətə çevirə biləcəksiniz.
2026-cı ildə prioritetləriniz dəyişəcək, baxış bucağınız yenilənəcək. İndiyə qədər əsas saydığınız mövzuların artıq sizi qane etmədiyini hiss edəcəksiniz.
İndi isə sizi ruhani və maddi baxımdan zənginləşdirən sahələrə yönəlmək üçün qapılar üzünüzə açılacaq. Nitq, yazı, təhsil və ya ünsiyyətlə bağlı olan sahələrdə dəyişikliklər və yeniliklər mümkündür.
Bu il ümumilikdə əhvalınız yüksək olacaq. Ani dəyişikliklərə sərt reaksiya verməyəcəksiniz, çünki dəyişiklikləri ən asan qəbul edən bürclərdən birisiniz. Siz uyğunlaşdıqca, həyatınızda qapıların bir-birinin ardınca açılacağının şahidi olacaqsınız.
Eyni zamanda dost çevrənizi yenidən gözdən keçirəcəyinizi ehtimal edirəm və bu sizin xeyrinizə olacaq, əmin olun.
3 mart tarixində baş verən tutulma ev dəyişmək, köçmək və ya ev almaq mövzusunda sizi hərəkətə gətirə bilər.
28 avqust tutulması isə karyeranızda önəmli bir dönüş nöqtəsi yaradacaq. Bu dəyişiklik sizi qorxutmasın! Qəti. Əksinə daha yaxşı bir üst səviyyəyə keçəcəksiniz.
1-31 may tarixləri arasında ikili münasibətlər və şəxsi həyatla bağlı çox ciddi qərarlar gündəmə gələ bilər. Bu qərarlara evlilik ehtimalı da daxildir.
XƏRÇƏNG/ YÜKSƏLƏN XƏRÇƏNG
İLİN AÇAR SÖZÜ: BOL ŞANS
Hazırda Yupiter sevdiyi yerləşimdə, yəni sizin bürcünüzdədir. 2026-cı il, xüsusilə də ilin ilk 6 ayı, 12 bürc içində ən şanslı bürc məhz sizlər olacaqsınız. Qeyd etdiyim kimi,
sizin üçün şanslı bir zaman başlayır, amma bu şansı bir az da özünüz hərəkətə keçərək aktivləşdirməlisiniz. İnsanlarla əlaqə qura, özünüzü xatırlada və məqsədinizə uyğun addımlar ata bilərsiniz.
İstədiyinizi arzu edib, mütləq hərəkətə keçin. İstəklərinizin baş verməməsi üçün heç bir maneə olmayacaq, çünki sizin bürc 2026-da güclü mövqedədir.
11 martdan sonra şans enerjiniz düzəlməyə başlayacaq və çox hərəkətli bir dövrə "salam" deyəcəksiniz.
30 iyundan sonra ağlınızı, strategiyanızı maksimum səviyyədə istifadə edəcəyiniz bir mərhələyə keçirsiniz.
Əgər 7 il öncə, doğru bir işə başlamısınızsa,
ciddi şəkildə zəhmət çəkmisinizsə, əlinizi daşın altına qoymusunuzsa, bu il zəhmətin qarşılığını almağınız üçün heç bir maneə olmayacaq.
Əgər iş həyatınızda bir tıxanma, geriləmə və ya çıxılmaz vəziyyət yaşayırsınızsa, deməli, haradasa səhv addımlar atmısınız. Saturn məhz bunu ortaya çıxarmaq üçün qarşımızdan gələn iki il yarım ərzində bu yöndə fəaliyyət göstərəcək.
Əgər bu nöqtədə işinizlə bağlı bir bitiş baş verərsə, bunu faciə kimi qarşılamayın. 2026-cı ildə sizin həm də hadisələri qəbul etmə və həyata baxış bucağınız dəyişəcək. Tamamilə fərqli bir reallığa oyanmağa başlayacaqsınız. İndiyə qədər sizi çox qorxudan bəzi şeylərin əslində o qədər də qorxulu olmadığını, əksinə çox güvəndiyiniz bəzi mövzuların isə heç də təhlükəsiz olmadığını anlayacaqsınız.
Ana tərəfdən qohumlarla münasibətlərdə müəyyən gərginliklər və çəkişməli mübahisələr yarana bilər. Bu təsirə diqqət yetirin.
İlin ikinci yarısında maliyyə mövzuları sizlər üçün xüsusi əhəmiyyət kəsb edəcək. Onu da deyim ki, pulunuzu başqaları ilə paylaşmaqdan çəkinməyin.
Sadəcə pulla bağlı onu demək istəyirəm: "Sizə pul gələcək, amma "gələcəkmi, gəlməyəcəkmi, kifayət edərmi?" deyə düşünərək özünüzü yormayın.
Şir/ YÜKSƏLƏN ŞİR
İLİN AÇAR SÖZÜ: SƏHNƏDƏ ÇIXIŞ ZAMANI
2026-cı ildə Şir bürcləri sevgi, evlilik, pul, sağlamlıq və həyatın bütün sahələrində çox şanslı olacaqlar.
İlin ilk altı ayı Şirlər üçün hazırlıq dövrü olacaq. Bu dövrü mən bir astroloq kimi çox sevirəm, çünki hazırlıq mərhələsi gələcək bütün böyük yeniliklərin təməlidir.
Bu keçid zamanı, şəxsin şüuraltısında böyük təmizlənmə gedir, insan özü və ruhu ilə barışır, daxili rahatlıq və güvən yaranır. Sanki insanın arxasında görünməz bir qoruyucu qüvvə olur.
Xəstələnsə belə, tez sağalar. Ağır vəziyyətlərdən asan çıxar. Xaricdə iş, təhsil və ya digər planları olan Şirlər üçün proseslər çox rahat keçəcək.
Evli Şirlər üçün də bu il yoldaşlarının işi və karyerası vasitəsilə şanslar gələ bilər. Yoldaşınızın işində alacağı yaxşı xəbər sizi də sevindirəcək, maddi və mənəvi rahatlıq yaradacaq.
İşlə bağlı planlarınız varsa, bilik, dil və bacarıq əskiklərinizi ortaya çıxardın və üzərində işləyin. Xarici şirkət və ya xariclə bağlı iş düşünürsünüzsə, bu dövr sizin üçün ideal hazırlıq mərhələsidir Özünüzlə barışın, idman edin, ruhunuzu cavan saxlayın, çünki 30 iyundan sonra səhnəyə sizlər dəvət ediləcəksizniz.
Artıq deyəcəyik:
İlin ikinci yarısı: Parlama zamanı olacaq.
30 iyundan sonra: Sevgi, iş və karyera, sağlamlıq, təhsil, köç mövzuları kimi bütün sahələrdə şans aktivləşəcək.
14 fevraldan sonra Saturn od elementinə keçid edir. Bu isə Şir, Oxatan və qismən Qoç bürclərinə çox güclü dəstək deməkdir.
Bu səbəbdən, mənim fikrimcə, 2026-cı ilin ən şanslı bürcləri, Xərçəngdən sonra Şir və Oxatandır.
Saturn artıq Şirlərin həyatında dərin və yorucu mərhələni bitirmək üzrədir.Parlama dövrü başlayır. Sağlamlıq mövzularında da rahatlama və bərpa enerjisi gələcək.
QIZ/YÜKSƏLƏN QIZ
İLİN AÇAR SÖZÜ: KÖKLÜ DƏYİŞİKLİKLƏR
ƏZİZ QIZ BÜRCÜNÜN NÜMAYƏNDƏLƏRİ!
Saturn sizləri uzun müddət öyrətməyə çalışdı, amma artıq bəzi şeyləri buraxmalı olduğunuzu Uranla birlikdə göstərəcək.
Sizlər uzun zamandan sonra iş həyatınızı ciddi şəkildə sorğuladığınız bir mərhələyə keçid alacaqsınız. Bu keçid məşğul olduğunuz işlə də, ailə ilə bağlı məsuliyyətlərlə də bağlı ola bilər.
Xüsusilə 3 martda baş verəcək Ay tutulması Qızların həyatına ciddi təsir göstərəcək.
Bu tutulma sağlamlıq, xarici görünüş, həyat tərzi ilə bağlı önəmli qərarları gündəmə gətirə bilər.Əgər çəki atmaq, qidalanma rejimini dəyişmək, sağlamlıqla bağlı ciddi addımlar atmaq lazım gələrsə, 3 mart və 28 avqust tutulmaları sizi buna məcbur edəcək. 28 avqust tutulması isə xüsusilə münasibətlərlə bağlı həlledici qərarları işə salacaq.
Yəni münasibətlər ya tamam, ya davam rejiminə keçəcək. Sizlər üçün may ayını xüsusilə qeyd etmək istəyirəm, çünki son iki il yarım ərzində Saturn münasibətlər sahənizdən keçərək , bu müddətdə sizlərə bir münasibətdə nə istədiklərini,nəyi qətiyyən istəmədiklərini göstərməyə çalışıb. Onu da qeyd edim ki, bəzi Qızlar (xüsusilə yüksələn Qızlar) bəzi həqiqətləri:
görməzlikdən gəlib, güzəşt edib, bəzi nüansları xalçanın altına süpürüb.
İndi isə tutulmalar deyir ki:
Bu səbəbdən də 28 avqustdan sonra münasibətlərdə ya tamam, ya davam mərhələsi başlayacaq.
Amma unutmayın ki, hər şey bitməyə məcbur deyil. Münasibətin davam edib-etməməsi sizin vəziyyətə necə yanaşdığınızdan və məsuliyyəti necə götürdüyünüzdən asılıdır.
2026-cı ildə Qız bürcləri daha çox qorunacaqlar. Yupiter güclü mövqedə olacaq və bu da qorunma, dəstək, görünməz yardım deməkdir.
Bu mərhələdə ruhsal sağlamlığınıza,daxili balansınıza, eqonuzla münasibətinizə
daha çox diqqət yetirəcəksiniz. Bu sahələrdə öz üzərinizdə çalışmaq üçün çox güclü dəstək alacaqsınız.
2026-cı ildə maddi mövzular ön plana çıxacaq. Saturn maliyyə sahənizə keçdikcə isə pulu necə, haradan qazandığınızı, hansı yolların artıq işləmədiyini yenidən dəyərləndirəcəksiniz.
Qızlar üçün pul qazanma üsulları dəyişməyə başlayacaq və bununla da daha çox mənbədən gəlir əldə etmək mümkün olacaq. Bu səbəbdən həm iş, həm münasibətlər ilə bağlı önəmli qərarlar veriləcək.
Qız bürcü üçün dəyişiklik çətindir, çünki vərdişləri dəyişmək onlara asan deyil. Amma 2026-cı il məhz vərdişlərinizi dəyişməyinizi istəyir.
2026 ana və ana tərəfi ilə bağlı mövzuları da gündəmə gətirir.
TƏRƏZİ/ YÜKSƏLƏN TƏRƏZİ
İLİN AÇAR SÖZÜ: SOSİAL ÇEVRƏ
2026-cı ildə karyera baxımından ən şanslı bürc Tərəzilərdir, xüsusilə də yüksələn Tərəzilər. Onlar iş həyatlarında böyük bir sıçrayış edə, özlərini göstərə bilərlər. Bu mütləq birbaşa karyera mənasında olmaya da bilər. Məsələn ictimai mövzular, sosial sahələr, cəmiyyət qarşısında görünmək də ön plana çıxa bilər. Sizlər adam sayı çox olan mühitlərdə diqqət mərkəzində olmağı seçəcəksiniz.
Xüsusilə uzun illərdir zəhmət çəkib, amma "görünmürəm" deyən Tərəzilər üçün bu il çox önəmlidir. Yanvar və iyun ayları bu baxımdan önəmli olacaq. İlin ilk 6 ayı siz Tərəzilər üçün şanslı və fürsətli bir dövrdür. Nüfuzuniz artacaq, insanlar sizi əl üstündə tutacaq, dəyərləndirəcək.
2026-da Tərəzilər üçün ailə qurmaq, tətil və istirahət, əyləncə və zövq almaq mövzuları da çox əlverişlidir.
3 yanvar tarixindəki Dolunay xüsusilə evlilik sahəsində ailələrin tanış olması, elçilik, nişan kimi mövzuları hərəkətləndirə bilər. Bu fürsətdən istifadə etmək faydalı olacaq.
Ailə ilə bağlı uzun müddətdir yaşanan problemlər də 2026-cı ildə tədricən arxada qala bilər.
Son 2,5 ildə Saturn Tərəzilərin iş və sağlamlıq sahəsindən keçib. Bu dövrdə sizlər bir sahədə çalışdığınız insanlarla sərhəd qoymaqda çətinlik çəkə, "yox" deməyi bacarmamısınız. Bunun nəticəsində həm psixoloji, həm də fiziki yorğunluqlar yaşamısınız.
İndi isə 14 fevraldan etibarən Saturn Qoç bürcünə, yəni Tərəzilərin qarşı bürcünə keçir. Bu da o deməkdir ki, münasibətlər,
evlilik, tərəfdaşlıq mövzuları üzrə yeni və uzunmüddətli (təxminən 7 illik) bir mərhələ başlayacaq.
Çətinliklər və daxili ziddiyyət xüsusilə də sentyabr ayında doğulan, yəni ilk dekada Tərəzilər üçün daha çətin ola bilər. Ata, həyat yoldaşı, partnyor, rəhbər kimi dominant fiqurlar ilə anlaşmaq asan olmayacaq. Qarşı tərəfin həyatında da çətin hadisələr (sağlamlıq, iş problemləri və s.) baş verə bilər.
Bir tərəfdən səhnədə, cəmiyyət qarşısında parlayarkən, digər tərəfdən iç dünyanızda çətin emosional proseslər yaşaya bilərsiniz. Yəni zahirdə güclü, daxildə isə həssas biri ola bilərsiniz.
Sosial çevrəniz çox hərəkətli olacaq. Amma bu il Tərəzilərə tövsiyəm odur ki, başqalarının problemlərini öz üzərinizə çox götürməyin. Əgər həyatınızda biri və ya övladınız varsa, onlarla keyfiyyətli vaxt keçirmək çox önəmlidir. Bu, sizin enerjinizi qoruyacaq.
3 mart Ay tutulması uzun müddətdir gözlədiyiniz, şübhə etdiyiniz bir mövzunu pərdəarxası ortaya çıxara bilər. İlk anda sarsıdıcı olsa da, bu açıqlanma sizi daxilən rahatladacaq.
Bu tarixlərdə tələsik, həyatı köklü dəyişən qərarlar verməyin. Sadəcə müşahidə edin.
26 sentyabrdan sonra münasibətlər daha da ön plana çıxacaq.
Tərəzilər dəhşətli dərəcədə aşiq ola bilərlər.
Amma bu sevginin real olub-olmadığını,
yoxsa sadəcə duyğusal yorğunluğun nəticəsi olub-olmadığını zaman göstərəcək. Burada bir az diqqətli olun.
ƏQRƏB/ YÜKSƏLƏN ƏQRƏB
İLİN AÇAR SÖZÜ: DƏSTƏK
2026-cı ildə Əqrəblər çox vacib bir şeyi kəşf edəcəklər. Bu kəşf həyat məqsədinizlə bağlıdır.
Ona görə də 2026-cı ildə qarşınıza kim çıxırsa, yolunuz kimlə kəsişirsə, kimə salam verirsinizsə, kimlə eyni yolda addımlayırsınızsa, bilin ki, bunların hamısı sizə xidmət edəcək.Təhsil mövzularından tutmuş hər cür ticarət fəaliyyətə,səyahətlərə, xariclə bağlı mövzulara, tanımadığınız insanlardan gələn dəstəklərə tam mənası ilə şanslı bir dövrdəsiniz.
2026-cı ildə həyat sizi doğru insanlara, doğru yollara yönləndirəcək.
Evli olan Əqrəblər üçün 2026 partnyor, yoldaş, qohum və bacı-qardaş mövzuları önəmli olacaq. Əgər əvvəllər onlarla münasibətləriniz gərgin olubsa, daha yaxşı anlaşa bilərsiniz. Bəlkə də qarşı tərəfi çox sevdiyinizi, ya da onlardan gözəl fürsətlər əldə etdiyinizi kəşf edəcəksiniz.
Bu dövr çox qiymətlidir: əvvəllər tanımadığınız insanlardan dəstək görəcəksiniz,
Eyni zamanda, bu il media sahəsində uğur əldə etmək üçün əlverişlidir. Məsələn, sosial şəbəkədə səhifə açmaq , sosial şəbəkə platformalarında meydana çıxmaq sizin üçün uğurlu ola bilər.
Yüksələn Əqrəblər üçün isə ən şanslı dövr ilin ikinci yarısıdır. Karyera və ailə mövzularında böyük imkanlar ortaya çıxa bilər. Artıq son 7 il ərzində keçdiyiniz sınaqlardan sonra qorxulası bir şeyiniz zənnimcə qalmayıb.
Saturn həyatınıza müxtəlif dərslər gətirdi, amma indi Uranüs təsiri ilə yeni bir mərhələyə keçirsiniz.
İş həyatında və sağlamlıq mövzularında yeni bir hərəkətlilik başlayır.
Bu, pis bir şey deyil, sadəcə sizi xatırladır və diqqətli olmağa çağırır.
14 fevrala qədər sağlamlıqla bağlı yoxlanışlarınızı edin, həkimə gedin.
17 aprel isə iş həyatınızla bağlı önəmli qərarlar üçün uyğundur.
Sağlamlığa diqqət vacibdir, xüsusilə baş nahiyəsinə diqqət edin. Baş ağrıları, stress və gərginliklər bu dövrdə arta bilər.
İdman, gəzintilər və sosial fəaliyyətlər sizi rahatladacaq.İnsanlarla vaxt keçirmək enerjinizi artıracaq.
2026-cı ildə karyerada şanslı olacaqsınız, amma əsas diqqət ailəyə və yaxın çevrəyə yatırım etməkdə olmalıdır. Yəni, karyera imkanları gələcək, amma ailə mövzularına diqqət yetirmək sizə uzunmüddətli fayda verəcək.
Evli Əqrəblər üçün münasibətlərdə doğru addımlar atmaq, məsələn, evlilik və ya münasibətləri gücləndirmək üçün əlverişli dövrdür.
OXATAN/YÜKSƏLƏN OXATAN
İLİN AÇAR SÖZÜ: MADDİ BOLLUQ
Oxatan və Yüksələn oxatanlar 2026-cı ildə maddi mövzularda ən şanslı bürcdür. Bu məsələdə heç kimin sizi qabaqlaya bilməyəcəyi bir dövr olacaq.
Vergi, kredit, miras kimi sahələrdə üstünlüyünüz olacaq. Yəni, kredit borcunuz varsa, rahat şəkildə bağlayacaq, gələcək gəlirlərdən faydalana biləcəksiniz.
İlin ilk yarısı, xüsusilə də Yüksələn oxatanlar üçün iş, media, təhsil və səyahət sahələrində böyük fürsətlər mövcuddur.
Adaptasiya qabiliyyətiniz yüksək olduğundan, dəyişikliklər və yeni başlanğıclar sizin üçün çətin olmayacaq.
Köç və ya yeni məkanlarla bağlı qərarlar rahat alınacaq, nəticələri sizi məmnun edəcək.
14 fevraldan sonra Saturn sizə rahatlıq gətirərək, sevgi sahənizə keçəcək.
Bu dövrdə sevgi, uşaq və ailə ilə bağlı məsuliyyətləri üzərinizə götürmək üçün çox şanslısınız. Həmçinin, övlad sahibi olmaq istəyən Oxatanlar üçün əlverişli dövrdür.
3 mart baş verəcək Ay tutulmasıdan sonra karyera sahəsində önəmli xəbərlər, fürsətlər və dəyişikliklər ortaya çıxacaq.
28 avqust ay tutulması isə ailə və yaxın çevrə ilə bağlı yaxşı xəbər və imkanlar yaradacaq.
2026-cı ildə yaxın ətrafınıza diqqət yetirin: qohumlar, bacı-qardaş, yaxın dostlar sizə dəstək verəcək.
Əyləncəli və fərqli insanlarla vaxt keçirin, həyat məqsədinizi və karyera istiqamətinizi daha yaxşı anlayacaqsınız. İdman ayaqqabılarınızı və çantanızı hazır edin, çünki aktiv, dinamik və fürsətlərlə dolu bir il sizi gözləyir.
Qısacası, 2026-cı il Oxatan və Yüksələn Oxatanlar üçün pul, sevgi, ailə və karyera sahələrində çox şanslı və uğurlu bir il olacaq.
OĞLAQ/ YÜKSƏLƏN OĞLAQ
İLİN AÇAR SÖZÜ: EVLİLİK
Evli Oğlaq bürcləri 2026-cı ildə evlilikdən yana çox şanslı olacaq. Məsələn, yoldaşınızın uğurlu bir dönəmi ola bilər, birgə gözəl qərarlar verə bilə, ailə tərəfindən xoş fürsətlər gələ, miras və ya digər dəstəkləyici hadisə ola bilər.
Subay Oğlaqlar üçün də münasibətlərdə, evlilikdə yeni başlanğıclar üçün əlverişli bir il olacaq.
Karyeraya gəldikdə isə, Uran sizin iş, xidmət və sağlamlıq sahələrinə daxil olur. Bu, iş üsullarınızı dəyişdirəcək və ya texnologiya, süni intellekt kimi yenilikləri işinizə qatmaq üçün fürsət yaradacaq. İş sahələriniz genişlənəcək, bəziləriniz üçün çoxlu layihələr və şaxələnmiş fəaliyyət sahələri yarana bilər. Maddi gəlirləriniz artacaq, qazanc imkanları artıq daha əlçatan olacaq.
İlin ikinci yarısı, xüsusilə 30 iyundan sonra, maddi mövzularda ciddi və gözəl gəlirlər ortaya çıxacaq. Gözlənilməz xərclər olsa da, ümumilikdə maliyyə durumu müsbət olacaq.
Saturnun keçidi sizə ailə sahəsində əlavə məsuliyyətlər gətirəcək. Valideynlərin sağlamlığı və həyatı ilə bağlı bəzi məsələlərə diqqət ayırmalı olacaqsınız.
Ata və ya ailə üzvlərinizin önəmli məsuliyyətləri ortaya çıxa bilər, bu da davranış və vərdişlərinizdə diqqət tələb edəcək.
2026-da bir çox Oğlaqlar yaşayış yerini dəyişə, başqa bir şəhərə və ya ölkəyə köç edə bilər.
28 avqust Ay tutulması səyahət sahəsini aktiv edəcək, yeni imkanlar açacaq.
18 yanvardakı Yeni ay isə Oğlaqlar üçün yeni başlanğıclar və fürsətlər üçün əlverişli olacaq.
DOLÇA/ YÜKSƏLƏN DOLÇA
İLİN AÇAR SÖZÜ: ƏZMLƏ ÇALIŞMAQ
2026-cı il, xüsusilə də Yüksələn Dolçalar üçün asan deyil, amma çox dəyərlidir.
İlin ilk yarısı bitmək bilməyən işlər, zəhmət və məsuliyyətlə keçəcək. Yorulsanız da, dayanmayacaqsınız, çünki bu dəfə etdikləriniz başqaları üçün yox, öz gələcəyiniz üçündür.
İlin ikinci yarısından etibarən enerjiniz dəyişəcək.
Şans və fürsətlər münasibətlər sahəsinə yönələcək.
2026-da Dolça üçün sevgi, əlaqə və evlilik mövzuları ön plandadır. Evlilik istəyənlər, ciddi münasibət axtaranlar üçün xüsusilə ilin ikinci yarısı taleyüklü ola bilər.
2026-da siz həm də çox populyar olacaqsınız.
Getdiyiniz yerlərdə diqqət çəkəcəksiniz, dəvətləriniz artacaq. Hər kəsin diqqəti üzərinizdə olacaq.
Subay Dolçalar üçün eyni anda bir neçə qismət gündəmə gələ bilər. Hansını seçəcəyinizə zaman qərar verəcək.
Maddi tərəfdən isə sizlər üçün rahatlama dövrü başlayır.
Əgər borc, sıxıntı və ya maddi stress yaşamısınızsa, Saturn bu yükü yavaş-yavaş azaldacaq. Pul mövzularını əvvəlki kimi dərd etməyəcəksiniz. Amma sizə vacib bir xəbərdarlığım var. 2026-cı ildə münasibətlərə başınız qarışdıqda, özünüzü unutmayın. Sağlamlığınıza, görünüşünüzə, şəxsi inkişafınıza yatırım edin. Sizin enerjinizi aşağı çəkən insanlara artıq enerji verməyin. Bu mövzuda Saturn sizə sərhəd qoymağı öyrədəcək.
Yüksələn Dolçalar ilin ilk altı ayında əsasən işləyəcəklər. Çalışın, əziyyət çəkin. Amma bu il məsələ təkcə başqaları üçün nəsə etmək deyil, həm də öz gələcəyiniz üçündür.
Bir müddətdən sonra fürsətlər və şanslar münasibətlər sahənizə yönələcək
Bu il Dolçalar üçün sevgi, münasibət və evlilik ilidir. Ona görə də evlilik istəyənlər, münasibət axtaranlar üçün xüsusilə ilin ikinci yarısı çox önəmlidir. Evliliyə addım atmaq, ciddi bir münasibətin içində olmaq və ya fərqli bir yerə getmək kimi təsirlər yaşaya bilərsiniz.
Maddi mövzulara gəlincə isə Saturn artıq pul sahəsindəki sıxıntıları yüngülləşdirəcəq. Əgər maddi çətinlik yaşamısınızsa, borcunuz varsa, 2026-da ya borcu bağlayacaqsız, ya da sizə bu mövzuda ciddi rahatlıq gələcək. Yəni, maddi məsələləri artıq bu qədər dərd etməyəcəksiniz.
BALIQLAR/ YÜKSƏLƏN BALIQ
İLİN AÇAR SÖZÜ: MÜKAFAT
Artıq 2 il yarımdan çoxdur ki, Saturn sizin bürcünüzdə yerləşdiyindən çox yorulmuş ola bilərsiniz, eyni zamanda da həyatınıza yeni bir nizam gətirdi.
Bəli, həyatınız bir müddət alt-üst oldu,
amma bununla birlikdə qarşıdakı 29 ilin yeni dövrünü başladırsınız və artıq Saturn sizi uzun illər narahat etməyəcək.
Maddiyyata gəlincə isə, şanslı olacaqsınız.
Pul gələcək, fərqli sahələrdən gələcək. Lakin bu pulu mütləq yatırıma çevirməlisiniz. Bəzi Balıqlar üçün bu bir ev ola bilər, bəziləriniz üçün sahib olmaq istədiyiniz dəyərli bir şey. Pul sizi sıxmayacaq əksinə,
qazandıqca genişlənəcəksiniz.
2026-cı ildə sevgi sahəniz çox hərəkətli, övlad mövzusu isə güclü olacaq. Uşaq sahibi olmaq istəyənlər, bu barədə şanz sizdən yana olacaq. Hobbiləriniz varsa, qazanca çevrilə bilər. Yaradıcılıq, sənət, keyfiyyətli işlər ön plana çıxacaq.
Xüsusilə aprel ayını yaxşı dəyərləndirin.
19 mart bürcünüzdəki, deyərdim ki, ilin ən şanslı və ən zövqlü Yeni ayıdır.
Plan və layihələrinizi bu tarixlərə salmağa çalışın. Əlaqələrlə bağlı hələ də qərar verə bilmədiyiniz mövzular varsa,
mart və avqustda baş verəcək ay tutulmaları bu qərarları sürətləndirəcək.
"Artıq istəmirəm" deyən Balıqlar üçün
avqust ayı ilə birlikdə sürətli və qəti addımlar gələcək.
Uzun zamandır özünüzə vaxt ayırmırsınız.
Meditasiya, dua, təfəkkür,
təhsil, kurs, seminar...hansı formada olursa olsun, bu istiqamətdə özünüz üçün bir sahə yaradın.
Xaricə çıxış üçün 2026-cı il sizi ciddi şəkildə dəstəkləyəcək.
12 avqust Günəş tutulması ilə
iş həyatı və çalışma şərtləri ön plana keçməyə başlayacaq. Çətin bir dövr bitdi.
İndi mükafat almağın zamanıdır.