62 yaşlı Xalq artisti toyu üçün Putindən icazə alacaq: 19 yaşlı qızla EVLƏNİR

Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora Kiba ilə toyunun maddi problemlər səbəbindən təxirə salındığı barədə yayılan xəbərləri təkzib edib.

Olaylar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında məsələnin maliyyə ilə əlaqəli olmadığını, toyun gecikməsinin Rusiyada mövcud olan ümumi vəziyyətlə bağlı olduğunu bildirib.

Leps qeyd edib ki, istənilən halda pul tapmaq onun üçün problem deyil. Onun sözlərinə görə, hazırkı şəraitdə genişmiqyaslı və dəbdəbəli tədbir keçirmək uyğun hesab olunmur.

Müğənni toy mərasiminin keçirilməsi üçün Rusiya prezidenti Vladimir Putindən icazə almağı düşündüyünü də açıqlayıb. Bildirib ki, prezident razılıq verərsə, toy baş tutacaq.

Qriqori Leps əlavə edib ki, toy mərasiminə Vladimir Putini dəvət etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31