“Ailə məsuliyyətsiz azadlıqla dağılır”

Xalq artisti Eyyub Yaqubov ailə dəyərləri və qadın-kişi münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

Olaylar.az xəbər verir ki, müğənni "Zarafat bir yana" proqramında çıxışı zamanı bildirib ki, ailədə əsas məsuliyyət kişinin üzərində olmalıdır: "Kişi həyat yoldaşını çox dəyərli bilməli, onu qorumalı və ən yaxın sirdaşı olmalıdır. Bu zaman ailədə harmoniya yaranır".

E.Yaqubov vurğulayıb ki, qadın da ailədə öz mövqeyini düzgün dərk etdikdə münasibətlər daha sağlam olur. Onun sözlərinə görə, bu gün "azadlıq" anlayışı bəzi hallarda yanlış başa düşülür və bu, ailə balansının pozulmasına səbəb olur: "Azadlıq qaydasızlıq deyil. Azadlıq saflıq, sevgi və qarşılıqlı hörmət deməkdir. Təəssüf ki, bəzən bu anlayışlar təhrif olunur və nəticədə cəmiyyətdə mənfi proseslər yaranır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31