Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımova ilə duet oxumasından danışıb.
Milli.az xəbər verir ki, "İncə səhər" verilişinə açıqlama verən müğənni Pop kraliça ilə mahnı axtarışına çıxdıqlarını deyib:
"Çox istəyirik duet. Yavaş-yavaş ona doğru gedirik. Bütün bəstəkarlara demişik. Aygün xanım da, mən də bahalı işlər görürük. Bizim birləşməyimiz "Avroviziya" olacaq".