İçərişəhərdə yaşayan əhali köçürülür - İdarə rəisi danışdı

"Hazırda İçərişəhərdə 3 500-ə yaxın adam yaşayır. Gələcək planlara gəlincə, məncə biz hamımız çalışmalıyıq ki, "İçərişəhər" yaşayış şəhəri kimi davam etsin".

Bunu "Yeni Sabah"ın sualına cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, dünyada bu kimi bir çox şəhər var.

"Hansılar ki, orada insanlar artıq yaşamır. Sadəcə bir muzeyə çevrilib. Mən yuxumda da görmək istəmirəm ki, İçərişəhər onlar kimi olsun", - R.Mahmud vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31