Elza Seyidcahan və bacısı Rəşid Mahmudovu təhqir elədi: “Ölün, utanın, yerə girin”
13:58 Sosial"Ay yazıqlar, ay bədbəxtlər, ay qoca sarsaqlar, siz kimsiniz ki, dövlətin nazını çəkdiyi sənətkarları təhqir etmək istəyirsiniz?".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Öz aramızda" verilişində səsləndirib.
Sənətçi haqqında artıq-əskik danışan şəxsə cavab verib:
"Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur".
Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan da Rəşid Mahmudovla bağlı danışıb:
"70 yaşı ötüb, Elza xanımın sayəsində fenomen olmaq istəyir. Birinci dəfə deyil. Azərbaycan xanımına qarşı öz qüsurlu mədəniyyətini göstərərək, tanınmaq istəyir. Siz kimsiniz ki, Elza xanımın obrazından danışırsınız? Bizə nə qədər zənglər gəlir ki, bunlar kimdir, biz onları çox gözəl tanıyırıq".
Qeyd edək ki, bu yaxınlarda RTV-də yayımlanan "Qaranlıqda həqiqət" layihəsində tibb elmləri namizədi Rəşid Mahmudov Elza Seyidcahanda dəlilik əlaməti olduğunu bildirmişdi.
"Yeni Sabah"