Müğənnilərlə bağlı yayılan bu məlumat diqqət çəkdi – Heyrətləndirici…

Azərbaycanda müğənnilərin toy qiymətləri yenidən müzakirə yaradıb. Yayılan məlumatlara görə, yarım saatlıq iştirak üçün Aygün Kazımova 15 min, Röya Ayxan 10 min, Brilliant Dadaşova 7 min, Murad Arif 4 min, Namiq Qaraçuxurlu 4 min, Abbas Bağırov 5 min, Tünzalə Ağayeva 7 min, Faiq Ağayev isə 7 min manat qazanır. Lakin onların gəlirlərinin necə müəyyənləşdirildiyi, hansı qaydada vergi ödədikləri barədə məlumat bəlli deyil.

Bu sahədə gəlir və vergilərin hesablanması hansı prinsiplərə əsaslanır?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, hazırda ölkədə müğənnilərin öz vergi öhdəliklərini necə müəyyənləşdirməsi və həyata keçirdiyi maliyyə əməliyyatlarını hansı formada uçota almaları barədə müxtəlif fikirlər var:

"Ümumi fikir formalaşdırmaq üçün şou-biznes sahəsini vergi nöqteyi-nəzərindən təhlil etməliyik. Bu sahə ilə məşğul olmaqla fərdi qaydada gəlir əldə etmək istəyən fiziki şəxs (məsələn, müğənni) fəaliyyətə başlamazdan əvvəl vergi orqanında uçota durmaqla VÖEN əldə etməlidir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunda (DSMF), Statistika şöbəsində qeydiyyatını yoxlamalı, eyni zamanda, məşğulluq mərkəzlərinə də qeydiyyatla bağlı müvafiq məlumatları verməlidir. Hər 4 dövlət orqanında qeydiyyatı təmin edilən fiziki şəxs - müğənni fərdi sahibkar kimi fəaliyyət göstərə bilər".

Müğənnilərlə bağlı yayılan bu məlumat diqqət çəkdi - Heyrətləndirici...

Asim Abbasov

Vəkil bildirib ki, bəzən məşhurların adı vergiqalmaqallarında hallanır, dünya ulduzları buna görə ciddi cəzalandırılır: 

"Məsələn, İtaliyanın ən məşhur kino ulduzlarından olan Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olmuşdu. Başqa bir görkəmli italiyalı məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılmışdı. Dahi rejissor və aktyorÇarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilmişdi. Bu yaxınlarda əfsanəvi futbolçu Lionel Messinin adı ətrafında ciddi vergi iddialarının qaldırıldığının şahidi olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31