Kibertəhlükəsizlik məsələsi Elm və Təhsil Nazirliyinin daim nəzarətindir - Səbuhi Rzayev

Bir çox ölkələrdə azyaşlıların sosial mediadan istifadəsinə qarşı məhdudiyyətlərə dair işlərə başlanılıb. Bizim ölkədə də bununla bağlı müəyyən addımların atılacağın düşünürəm.

Olaylar.az xəbər verir ki, bunu bu gün Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" Konfransında çıxışı zamanı deyib.

O, kibertəhlükəsizlik mövzusuna da toxunub:

"Elm və Təhsil Nazirliyi Kibertəhlükəsizlik Assosiasiyası ilə 3 ildir birgə layihə həyata keçirir. Bu istiqamətdə təlimlər keçirilir və təlimat hazırlanıb. Davamlı fəaliyyət kimi bu bizim daim nəzarətimizdədir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31