“Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransı keçirilir
15:20 SosialBakıda bu gün "Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı" Konfransı keçirilir.
Olaylar.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Medianın İnkişafı Agentliyinin departament direktoru Ləman İsgəndərova çıxış edəcəklər.
Konfrans "Media savadlılığı haradan başlayır? Müxtəlif perspektivlərdən baxış" mövzusunda intensiv müzakirə ilə davam edəcək.
Konfransın sonunda intellektual yarış qalibləri mükafatlandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31