Komitə sədri rektoru təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Texniki Universitetinin rektoru Prof.Dr. Vilayət Vəliyevə, bu ali təhsil ocağının 75 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Məktubda universitetin respublikamızın təhsil, elm və ictimai mühitində roluna xüsusi diqqət yetirilib:
 
"Hörmətli Vilayət müəllim,
Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan elmi-təhsil tarixində önəmli yer tutan Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Texniki Universiteti ölkəmizin sənaye, mühəndislik və texnoloji inkişafında aparıcı rol oynamış, minlərlə yüksəkixtisaslı mütəxəssis yetişdirərək dövlətin intellektual və iqtisadi potensialının formalaşmasına sanballı töhfələr vermişdir. Universitetin fəaliyyəti texniki elmlərlə yanaşı, məsuliyyətli vətəndaş mövqeyinin, peşə etikası və ictimai düşüncənin formalaşdırılması baxımından da önəmlidir.
Çağdaş dönəmdə texnologiya, innovasiya və rəqəmsal transformasiya çağırışları fonunda universitetin inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq əlaqələri və elmi-tədqiqat fəaliyyəti dövlət-cəmiyyət münasibətlərinin, eləcə də ali təhsilin ictimai rolunun gücləndirilməsinə xidmət edir.
 
Bu əlamətdar yubiley münasibətilə Sizə, universitet kollektivinə, eləcə də, fəaliyyətdə olan məzunlarınıza elmi-pedaqoji və ictimai fəaliyyətdə, ölkəmizin inkişafına yönəlmiş təşəbbüslərdə yeni uğurlar arzulayıram"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31