Astarada itkin düşmüş digər balıqçının da meyiti tapıldı
21:06 SosialAstarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İranda tapılıb.
Olaylar.az unikal-a istinadən xəbər verir ki, Xəzər dənizinin İran tərəfində meyit tapılıb.
Meyitin itkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna məxsus olduğu bildirilir.
Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31