Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib

Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli açıqlama yayaraq Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalına müraciət edib.

Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, Hacıbəyli bildirib ki, saxlanıldığı mərkəzə özünü Canan Ulusoy kimi təqdim edən bir qadın gəlib və Moskvada olduğu deyilən vəkil Kamil Tağıyev adından onunla görüşmək istədiyini deyib.

Görüş zamanı Moskvadan siyasi mesajlar çatdırmaq niyyətinin olduğu bildirilib. Hacıbəyli bu təklifi rədd etdiyini açıqlayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal mərkəzin səlahiyyətli şəxsləri məlumatlandırılıb və MİT-dən həmin şəxslərin kimliyinin araşdırılması xahiş olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli artıq 20 gündən çoxdur Türkiyədə saxlanılır. O, Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edilməsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında tutulub. Məlumata görə, Hacıbəyli bu müddət ərzində Azərbaycana qaytarılmamaq üçün müxtəlif müraciətlər edir. Onu Türkiyədə PKK-ya yaxınlığı ilə tanınan bəzi siyasi dairələr, DEM partiyası və deputatlar müdafiə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31