Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
18:28 SosialKülli miqdarda pul leqallaşdırmaqda təqsirləndirilən İlqar Hacıyevin məhkəməsi başlayır.
Olaylar xəbər verir ki, bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş baxılması üçün hakim Hafiz Kamranovun icraatına verilib və hazırlıq iclası 29 dekabra təyin edilib.
Qeyd edək ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilib və İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.