Vəkillər Kollegiyasının üzvü olmayan şəxs “vəkil” sözündən istifadəyə görə cərimələnəcək
13:42 SosialVəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişiklik ediləcək.
Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300manatadək məbləğdə, vəzifəli şəxslər 600manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300manatadək məbləğdə, vəzifəli şəxslər 600manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.