Sosial şəbəkələr dostluq anlayışını dəyişib - ÖZƏL
15:01 Sosial"Sosial şəbəkələr ortaya çıxandan sonra, dostluq anlayışı çox dəyişdi, mənasını itirdi. Heç kimin beş min dostu ola bilməz". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov deyib: "Uşaqlara öyrədilməsi lazım olan anlayışlardan biri də dostluqdur. Qarşılıqlı faydalanmaya, söhbətləşməyə, yeyib-içmək, gəzməklə dostluq olmur. Atalar yaxşı deyiblər ki, dost dar gündə bilinər! Bu söz hələ də qüvvəsini saxlayır.
Buna birinə də əlavə etmək istəyirəm: dost - sənin üçün özünə təhlükəyə ata bilən kəsdir, sənə görə risk ala bilən...Əks halda məndə olanı biri ilə bölüşmək, hər kəs üçün edə bildiyini etmək dostluq deyil. Bilmək lazımdır ki, dostlar az olur. Dostluğun dəyərini bilmək və hər kəsə şamil etməmək lazımdır".
Alim