Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
18:33 SosialTürkiyədən beşillik deportasiyasına qərar verilən Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.
Olaylar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. O, ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun beş il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31