"Təmizə çıxmalı olan sənin atalığındır" - Günaydan narkotik iddialarına cavab
17:48 SosialTürkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəsə də, Tolqa onun istəyinə əhəmiyyət verməyib. Aktyor ona cavab olaraq övladının Türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifadə etməkdə, spirtli içki aludəçisi olmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, məsələyə bu dəfə Günay münasibət bildirib.
O, Tolqanın açıqlamasına sosial media hesabında cavab verib:
"Mən anayam və illərdir Cahangiri tək böyüdürəm: uşağımı qorumaq istədiyim üçün susdum. Amma indi görürəm ki, susqunluq yoxluğu normallaşdırır. Əgər bir ata illərlə uşağını görmürsə, yeni həyatında yeni övladları ilə ailə şəkillərini paylaşırsa, amma öz uşağından əsər-əlamət qoymursa, hətta uşağının xaricdə müalicə alması üçün icazə belə göndərmirsə, bunun başqa adı yoxdur. Məsələ mənim kimliyimdə deyil, məsələ uşağın pozulmuş hüquqlarındadır.
Günahsızam və özümü sübut etməliyəm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, uşağının hüquqlarını müdafiə etməkdir.
Susmuram, çünki bu, mübarizə deyil, bu, vicdanın səsidir, başım dikdir, ürəyim rahatdır. Keçmiş həyat yoldaşıma bu sualları açıq şəkildə verirəm: Uşağınızı neçə ildir görmürsünüz?
Sizə deyəcəyəm, cavab verməyə ehtiyac yoxdur. 10 il. Yeni həyat yoldaşınız və həyatınızla xoşbəxtlik arzulayıram. Yeni övladlarınız, ailənizlə paylaşdığınız şəkillərə sonsuz hörmətim var. Amma soruşuram: Cahangir haqqında paylaşım etməyinizdən neçə il keçib? Cavab: Yoxdur.
Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Yoxdur. Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Xeyr.
Uşağımın xaricdə müalicəsi üçün tələb etdiyim icazə sənədini mənə göndərdinizmi? Niyə göndərmədiniz? Bu sualların bütün cavabları eyni sözdə birləşir: "Xeyr". Və bu "xeyr"lər sizə işarə edir. Atalığınız kimi, bu da yoxdur".
Günay aktyorun iddiasına "Marağınızı təmin edim, mən tamamilə təmizəm. Amma məsələ bunda deyil. "Ata kimi ata" olmadığınız üçün adınızdan ictimaiyyətin gözü önündə ləkə götürəcək mən deyiləm. Mənim təmizlik testim lazım deyil. Əsl təmizə çıxmalı olan sənin atalığındır" sözlərini deyib.