Məktəblilər arasında “snus” təhlükəsi- “Köşklərdə satılır”

Məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.

Musavat.com-un məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər.

"Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur", - şagirdlər bildirib.

Mütəxəssislər isə qeyd ediblər ki, "snus" saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər. Bu məsələ isə təkcə məktəblərin deyil, valideynlərin və aidiyyəti qurumların da diqqət mərkəzində olmalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31