Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edildi

Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik təsdiqləndi."Olaylar" xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. 
İclasda bildirilib ki, sənəd "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlanıb, iki məcəllə və iki qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir. Belə ki, "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31