"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır - Emin Əmrullayev
11:40 SosialLayiq olmayan insanlara layiq olmadığı elmi adları verməyin sonu yaxşı deyil.
Olaylar.az xəbər verir ki, bunu elm ve təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elm adamları hamısı kimin necə alim olduğunu bilir:
"Bunu açıq şəkildə deməliyik. Alimlərin birbirinə münasibəti dürüst deyilsə, öz nüfuzlarını da qorumurlar. Alim adını qorumaq üçün yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir. Xaricdə məqaləsi yayımlanmayan, məqaləsi, istinadı olmayan adamın özünə alim deməsi ayıbdır".