Sabah 10:00-da qaz kəsiləcək

Sabah Xaçmazın 27 kəndində qaz təchizatı dayandırılacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 27 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımıqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində - ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

------------

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31