Şair Vüqar Əhməd DANIŞDI:"Haqqımda yalan xəbər yayanlarla bağlı polis idarəsinə müraciət etmişəm"
20:54 Sosial"Böyrəyimdə daş var. Buna görə həkimə getmişdim. Özüm şöbə müdiriyəm, işə getmədiyim üçün kimə xəbər verməliydim ki".
Bunu açıqlamasında saxlanılma xəbəri yayılan tanınmış şair Vüqar Əhməd deyib.
O bildirib ki, bu cür xəbərləri onun imicinə zərbə vurmaq üçün yayırlar :"Xəstələnmişdim deyə həkimə getmişdim. Məni kim saxlayacaqdı ki?! Bu xəbəri yayan şəxslərin mənimlə qərəzi var. Bu günə qədər baş qoşmurdum, amma bu xəbərdən sonra artıq polis idarəsinə müraciət etmişəm. Sifarişlə haqqımda yalan məlumatlar yayırlar".
Musavat.com
****
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
O, səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".**Manset.az