Nərgiz Məhəmmədi casusluqda günahlandırıldı
20:53 SosialNobel laureatı Nərgiz Məhəmmədiyə qarşı iki yeni ittiham irəli sürülüb.
Olaylar.az xəbər verir ki, bu haqda onun ailəsi sosial media şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Məhəmmədi "İsraillə əməkdaşlıq"da və "toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.
Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. 1996-cı ildən jurnalistika fəaliyyətinə başlayıb, İranda bir sıra KİV-də işləyib. Nərgiz Məhəmmədi 2023-cü ildə İranda insan haqlarının müdafiəçisi kimi Nobel Sülh Mükafatına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31