Dini düşüncəni mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir - Vəfa Yaqublu
11:49 SosialDinlə dünyagörüşü bir-birini təkzib etmir.
Olaylar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" konfransında, "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı panel müzakirəsində çıxışında bildirib.
Onun sözlərinə görə, din vaxtilə təhsilin inkişafına töhfə verib:
"Bizim məktəblərin rüşeymi Zərdüştlüyün təsiri ilə yaranıb. Bu təsir altında Azərbaycanda təhsil mədəniyyəti formalaşıb və indiki vəziyyətə çatıb. Din və dünyagörüşü bir-birini təkzib etmir. Məktəblərdə faktları öyrədərkən, onlarla birlikdə onların daşıdığı dəyərləri də öyrədirik. Dini düşüncəyə xurafat kimi yox, din haqqında sosioloji elm kimi yanaşmaq lazımdır. Dini düşüncəni mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir". (Trend)