15 dekabr - “Dünya Türk Dili Ailəsi Günü” - ÖZƏL

"15 dekabr rəsmi olaraq "Dünya Türk Dili Ailəsi Günü" elan edilib. Bu tarixin seçilməsi təsadüfi deyil. Məhz 1893-cü il 15 dekabrda məşhur danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını deşifrə edərək, türk dillərinin ən qədim yazılı abidələrinin sirrini dünyaya açıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Bu hadisə türk dilinin tarixi dərinliyini, zənginliyini və mədəni potensialını elmi şəkildə təsdiqləyən dönüş nöqtəsi hesab olunur. Türk Dövlətləri Təşkilatı və türk dünyasına aid qurumlar UNESCO-nun bu qərarını tarixi ədalətin bərpası və ortaq mədəni kimliyin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirir. 15 dekabr türk dili uğrunda mübarizə aparmış, bu dili yaşatmış və gələcəyə daşıyan bütün nəsillərin xatirəsinə ehtiram günü olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31