Xidməti maşınlarla şəxsi tədbirlərə getmək qəti qadağandır- ÖZƏL
15 Dekabr 11:03 Sosial"Xidməti maşınların əsas məqsədi iş və xidmət ehtiyaclarını təmin etməkdir, şəxsi mənafelər üçün istifadə üçün nəzərdə tutulmayıb". "Olaylar" xəbər verir ki, bunu İqtisadçı alıim, professor, Rusiya, Türkiyə və Azərbaycan iqtisad elmləri doktoru Zahid Məmmədov deyib: "Onlarla toy, bayram və ya şəxsi tədbirlərə getmək qəti qadağandır. Bu qaydanın pozulması həm etik, həm də hüquqi məsuliyyət yaradır. Xidməti maşınlardan yalnız rəsmi işgüzar məqsədlər üçün istifadə olunmalıdır, digər hallar xidmətin səmərəliliyini azaldır və cəmiyyətin resurslarına ziyan vurur. Xidməti maşınlar icazə əsasında istifadə olunmalıdır - bu, həm səmərəlilik, həm də ədalət prinsipidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31