Elmi məqalə satışı ilə məşğul olan şəbəkələrə qarşı tədbir görülməlidir- ÖZƏL
15 Dekabr 11:00 Sosial"Son illərdə Azərbaycanda qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işlərinin açılması təhsil sistemində qiymətləndirmə mexanizmlərinin hüquqi qorunmasının gücləndirildiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu İqtisadçı alıim, professor, Rusiya, Türkiyə və Azərbaycan iqtisad elmləri doktoru Zahid Məmmədov deyib: "Lakin eyni zamanda diplom, magistr dissertasiyası, elmi dərəcə və elmi məqalələrin nəşrlərin qanunsuz şəkildə hazırlanması və satışı ilə məşğul olan şəbəkələrə qarşı analoji hüquqi reaksiyanın göstərilməsi vaxtıdır. Dissertasiya və elmi məqalə satışı ilə məşğul olan şəbəkələrə qarşı sistemli hüquqi tədbirlərin görülməsi yalnız etik deyil, elmi idarəetmənin davamlılığı üçün strateji zərurətdir".