“Böyük Qələbənin varisləri” kitabı müsabiqədə birinci yerə ayiq görülüb

"Böyük Qələbənin varisləri" kitabı müsabiqədə birinci yerə ayiq görülüb. "Olaylar" xəbər verir ki, bu barədə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüsynzadə məlumat verib: "Hər bir qələm adamı üçün ən böyük qürur Vətən, dövlət və xalq adına qazandığı uğurudur. Biz də Azərbaycan adına daha bir uğura nail olduq. Belə ki, İkinci Dünya müharibəsində Azərbaycanın qəhrəman oğulları və onların nəvə-nəticələrinin 44-günlük Vətən müharibəsindəki şücaətindən bəhs edən "Böyük Qələbənin varisləri" ("Наследники Великой Победы") kitabı MDB üzv dövlətlərinin XXII Beynəlxalq "Kitab sənəti" müsabiqəsində "Qələbə" nominasıyası üzrə Azərbaycan adına 1-ci yerə və "Qızıl ulduz" diplomuna layiq görülüb. Bununla bağlı dekabrın 4-də Moskvada təqdimat olub. Bu haqda MDB-nin rəsmi saytında məlumat dərc olunub. Xatırladaq ki, ilk dəfədir bu müsabiqədə "Qələbə" nominasiyası üzrə Azərbaycanla bağlı kitab qalib olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31