Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıb.
Olaylar xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.



