Sabah 9 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək - XƏBƏRDARLIQ

9 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Olaylar xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31