Elnarə Akimova vətəndaş qəbulu keçirib- ÖZƏL

Milli Məclisin deputatı Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Dekabr ayı üçün nəzərdə tutulan birinci qəbul günümü, vətəndaşlarla növbəti görüşümü gerçəkləşdirdim. Qəbula gələn vətəndaşların müraciətlərini dinlədim, onları narahat edən məsələlərlə tanış oldum. Məsələlərin həlli istiqamətində imkanım və səlahiyyətim çərçivəsində müvafiq addımlar atacaq, lazımi qurum və instansiyalara müraciət edəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31