Hər yerdə, hər zaman fərqli Azərbaycanımız...

Bu günlərdə Azərbaycan Polşanın Varşava şəhərində keçirilən 18-ci Beynəlxalq Xeyriyyə Yarmarkasında böyük uğurla təmsil olunub

Polşanın Birinci xanımı Marta Navrotskanın himayəsi altında təşkil edilən 18-ci Beynəlxalq Xeyriyyə Yarmarkasında  Azərbaycan bu dəfə də möhtəşəmliyi ilə yadda qalıb 

Tədbirin təşkilində Azərbaycanın  Polşa  Respublikasındakı Səfirliyi, Polşa Azərbaycanlıları Şurası  ölkəmizin təqdimatını yüksək səviyyədə təmin edib. Yarmarka SHOM - "Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları" Assosiasiyasının dəstəyi ilə baş tutub.

Azərbaycan stendi bu il də ziyarətçilərin marağına səbəb olub. Xüsusilə də, Polşa Respublikasının birinci xanımı Marta Navrotskaya ölkəmizin stendinə yaxınlaşan zaman milli geyimlərimizi və əl işlərini çox bəyəndiyini vurgulayıb və onun Polşa Azərbaycanlıları Şurasının  rəhbərliyi ilə səmimi söhbəti baş tutub.

Polşanın əsas dövlət xəbər saytı olan - prezydent.pl saytında milli geyimimizlə bağlı foto işıqlandırılıb. 

Mənbə: https://www.prezydent.pl/storage/image/core_files/2025/12/7/aee9ee0e930bca3d27bf71ad3d6cd00c/jpg/prezydent/preview/22_Marta_Nawrocka_kiermasz_SHOM_20251207_7C6A9004.jpg

Stendimizdə  Azərbaycan istehsalı olan məhsullar, milli mətbəximizin təamları və şirniyyatlarımız beynəlxalq qonaqlar və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. 

Polşadakı Səfirimiz   Nərgiz Qurbanova, Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin sədri Fərid Cəfərli, PAŞ idarə heyəti üzvləri  və səfirliyimizin əməkdaşları stendin təqdimatında fəal iştirak edərək Azərbaycan mədəniyyəti və milli irsi barədə ziyarətçilərə ətraflı məlumat veriblər. 

Azərbaycan diaspor nümayəndələrinin komanda şəklində iştirakı stendin daha zəngin, daha peşəkar və daha rəngarəng şəkildə təqdim olunmasına xüsusi diqqət edib.

Tədbirin bədii hissəsində Polşa Azərbaycanlıları Şurasının mədəniyyət departamentinin yaratdığı proqram qonaqlar tərəfindən alqışlarla qarşılanıb. PAŞ üzvləri tərəfindən ifa olunan "Naz eləmə" rəqsi və "Sarı gəlin" mahnısı Azərbaycan mədəniyyətinin zərif ruhunu və melodiyasını beynəlxalq auditoriyaya çatdırıb.

Yarmarka çərçivəsində Azərbaycanın milli irsini, musiqisini, mətbəxini və dekorativ sənət nümunələrini bir araya gətirən təqdimat ölkəmizin adının yenidən layiqincə ucaldılmasına xidmət edib. 

Bu uğurlu çıxış Polşada yaşayan Azərbaycan icmasının həmrəyliyinin, fəaliyyətinin və Vətənə bağlılığının növbəti nümunəsi kimi dəyərləndirilib. 

                           TUNCAY NOVRUZZADƏ,
Polşa Azərbaycanlıları Şurasının Varşava üzrə koordinatoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31