Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq
10 Dekabr 20:12 Sosial"Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri"ndə dəyişiklik edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmayacaq.
"Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı" ilə təsdiq edilən ağır xəsarətlər Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına da şamil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31