Medianın İnkişafı Agentliyi və ADA Universiteti media nümayəndələri üçün “Storytelling” təlimi keçirib
10 Dekabr 19:16 SosialMedianın İnkişafı Agentliyi və ADA Universiteti dekabrın 9-10-da media nümayəndələri üçün "Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri" mövzusunda iki günlük təlim təşkil edib. Olaylar.az xəbər verir ki, təlim çərçivəsində jurnalistlərin fərdi üslubunun formalaşması, publisistikanın əsas üslub xüsusiyyətləri, ənənəvi və yazı texnikaları, eləcə də mediada storytelling-in tətbiq imkanları geniş müzakirə olunub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli "Publisistik üslubun xüsusiyyətləri" mövzusunda çıxış edərək yazıda analitik baxışın və düzgün strukturun əhəmiyyətindən danışıb. Natiq Məmmədli vurğulayıb ki, storytelling və ya media təhkiyə materialının məzmununun dolğun və cəlbedici formada ifadə edilməsi jurnalistin peşəkar bacarığının və fərdi üslubunun göstəricisi olan yaradıcı yanaşmadır.
Təlim müddətində iştirakçılar "Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları", "Storytelling: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları", "Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri" və "Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi" mövzularında sessiyalarda iştirak edib, fəal müzakirələr aparıblar.
Təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.